Kredit Evi ASC Kredit Evi ASC
  • 152

Kredit Evi ASC

Mortgage REITs , Capital Markets

Audit mütəxəssisi

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Audit mütəxəssisi

  • Истекает 14 февраль 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

“Kredit Evi” ASC  “Audit mütəxəssisi” vakansiyası elan edir.

Tələblər:

  • Yaş həddi: 22-35 yaş;
  • Cinsi: Kişi;
  • Ali təhsil (iqtisadiyyat, hüquq və maliyyə üzrə arzu olunandır);
  • Dil bilikləri:Azərbaycan dilini yaxşı səviyyədə,Rus dili biliyi arzu olunandır;
  • Komputer bilikləri: Word və Excel yaxşı səviyyədə.
  • İş təcrübəsi: Audit, Daxili nəzarət və kredit sahəsində 1 ildən yuxarı (Bank, BOKT və lombard fəaliyyəti sahəsində) təcrübəsi olanlara üstünlük veriləcəkdir;
  • İşgüzarlıq, aktivlik,risklərin qiymətləndirilməsi,analitik düşünmə qabiliyyəti, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
  • İşdə dəqiqlik və detallara diqqətlilik.

Vəzifə öhdəlikləri: 

  • Şirkətin struktur bölmələrində mütəmadi audit yoxlamalarının keçirilməsi;
  • Mövcud risklərin müəyyənləşdirilməsi və onların aradan qaldırılması ilə bağlı tövsiyələr verməsi;
  • Şirkətə aid strukturaların yoxlanılması məqsədi ilə ezamiyyələrdə iştirak etməsi;
  • Yoxlamaya dair hesabatlar hazırlaması;
  • Əmək funksiyaları çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etməsi.

Bizim sizə təklifimiz:

  • Müasir idarəetmə sistemi və mehriban kollektiv;
  • Bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Gələcək karyeranızın qurulması üçün geniş şərait;

Əgər peşəkar “Kredit Evi” komandasına üzv olmaq istəyirsinizsə şəkilli cvlərinizi (şəkilli cv mütləqdi) Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərsiz.

E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (“Audit mütəxəssisi”). 

Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq. Nəzərinizə çatdırırıq ki,yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.

  • Daily95
  • Weekly476
  • Monthly1263