“Kredit Evi” ASC “Daxili nəzarət işçisi” vakansiyası elan edir.
Tələblər:
- Yaş həddi: 22-35 yaş;
- Ali təhsil (riyaziyyat, iqtisadiyyat və maliyyə üzrə arzu olunandır);
- Dil bilikləri: Azərbaycan dilini yaxşı səviyyədə, Rus dili biliyi arzu olunandır;
- Komputer bilikləri: MS Office proqramlarında sərbəst işləmək bacarığı, xüsusən Excel və Word yaxşı səviyyədə.
- İş təcrübəsi: 1 ildən yuxarı Audit, Daxili nəzarət və ya Risk sahəsi (Bank, BOKT və lombard fəaliyyəti sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir);
- Qanunvericiliyi və maliyyə-kredit sektorunda daxili tənzimləmə sənədləri üzrə biliklərinin olması;
- Peşəkar etika və konfidensiallıq prinsiplərinə sadiqlik;
- İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
- İşdə dəqiqlik və detallara diqqətlilik;
- Komanda ilə işləmə və hesabatlılıq bacarığı.
Vəzifə öhdəlikləri:
- Kredit, maliyyə və digər cari əməliyyatların səmərəli idarə edilməsinə yönələn gündəlik nəzarət fəaliyyətinin həyata keçirilməsi;
- Günlük, həftəlik, aylıq və illik nəzarət fəaliyyətləri çərçivəsində aşkar edilmiş nöqsan və çatışmazlıqlar barədə müvafiq struktur vahidlərinin məlumatlandırılması;
- Nəzarət fəaliyyətləri çərçivəsində aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün tövsiyyələrin verilməsi və mütəmadi izlənməsi,
- Təşkilatın baş ofis və filiallarında həyata keçirilən hər növ əməliyyat və idarəetmə sistemlərinin təhlili, lazımi tədbir və tövsiyyələrin verilməsi.
- Daxili nəzarət sistemlərinin fəaliyyətini təhlil etmək və effektivliyini artırmaq üçün təkliflər vermək;
- Daxili prosedurların və əməliyyatların qanunvericiliyə, daxili normativlərə və risk menecment siyasətinə uyğun icrasına nəzarət etmək;
- Risklərin erkən aşkarlanması məqsədilə nəzarət alətlərindən istifadə etmək və profilaktik tədbirlər təklif etmək;
- Uyğunsuzluq hallarını araşdırmaq, səbəb və nəticələri müəyyənləşdirərək rəhbərliyə hesabatlar təqdim etmək;
- Audit yoxlamaları və rəy proseslərində iştirak etmək, dəstək vermək;
- Rəhbərlik üçün mütəmadi və operativ hesabatlar hazırlamaq
Bizim sizə təklifimiz:
- Müasir idarəetmə sistemi və mehriban kollektiv;
- Bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Gələcək karyeranızın qurulması üçün geniş şərait;
Əgər peşəkar “Kredit Evi” komandasına üzv olmaq istəyirsinizsə şəkilli cvlərinizi (şəkilli cv mütləqdi) Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərsiz.
E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (“Daxili nəzarət işçisi”).
Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.