“Kredit Evi” ASC “Daxili nəzarət (maliyyə sahəsi üzrə)” vakansiyası elan edir.
Tələblər:
- Ali təhsil (maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə);
- Minimum 1-2 il daxili nəzarət, maliyyə, mühasibatlıq və ya əməliyyat nəzarəti sahəsində iş təcrübəsi;
- Gündəlik maliyyə əməliyyatlarının yoxlanılması və nəzarəti üzrə təcrübə;
- Mühasibat uçotu prinsipləri və maliyyə hesabatları üzrə baza biliklər;
- Vergi qanunvericiliyi və maliyyə əməliyyatlarının əsasları üzrə anlayış;
- MS Excel və digər MS Office proqramlarında yaxşı səviyyədə işləmək bacarığı;
- Analitik düşünmə və detallara diqqət;
- Operativ qərarvermə və problem həll etmə bacarığı;
- Komanda ilə işləmək və kommunikasiya bacarıqları;
- Ezamiyyət imkanı (olduqda üstünlükdür).
Vəzifə öhdəlikləri:
- Gündəlik maliyyə əməliyyatlarının (ödənişlər, köçürmələr, kassa əməliyyatları və s.) yoxlanılması və nəzarət edilməsi;
- Mühasibat sənədlərinin (qaimə, hesab-faktura, müqavilə və s.) düzgünlüyünün və uyğunluğunun qiymətləndirilməsi;
- Daxili prosedur və qaydalara əməl olunmasına nəzarət;
- Şübhəli və ya uyğunsuz maliyyə əməliyyatlarının aşkar edilməsi və rəhbərliyə bildirilməsi;
- Gündəlik və aylıq nəzarət hesabatlarının hazırlanması;
- Filial və struktur bölmələrdə aparılan maliyyə əməliyyatlarının monitorinqi;
- Limitlərə və təsdiq prosedurlarına əməl olunmasının yoxlanılması;
- Nağd və qeyri-nağd əməliyyatların uyğunluğunun yoxlanılması;
- Aşkarlanmış nöqsanlar üzrə düzəldici tədbirlərin icrasına nəzarət;
- Daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi.
Bizim sizə təklifimiz:
- Müasir idarəetmə sistemi və mehriban kollektiv;
- Bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Gələcək karyeranızın qurulması üçün geniş şərait;
Əgər peşəkar “Kredit Evi” komandasına üzv olmaq istəyirsinizsə şəkilli cvlərinizi (şəkilli cv mütləqdi) Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərsiz.
E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin “Daxili nəzarət (maliyyə sahəsi üzrə)”.
Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq. Nəzərinizə çatdırırıq ki,yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.