İstehsal meneceri - Krispy Kreme mağazalar şəbəkəsi

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İstehsal meneceri - Krispy Kreme mağazalar şəbəkəsi

  • Истекает 18 март 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Krispy Kreme — 1937-ci ildən etibarən milyonlarla insanın sevimli donut brendidir. Dünyanın müxtəlif ölkələrində uğurla fəaliyyət göstərən şirkət artıq Azərbaycan bazarına daxil olur.
Qlobal brendin bir hissəsi olmaq və brendin uğur yolunda birgə addımlamaq istəyirsinizsə, komandamızda sizi görməkdən məmnun olarıq.
NİYƏ KRISPY KREME?

Bizim qlobal mədəniyyətimizi Leadership Mix əks etdirir — bu, dünyada bir-birimizlə necə işlədiyimizi və icmalarımıza necə dəstək verdiyimizi müəyyən edən davranış nümunələridir.
Hər bir Krispy Kreme əməkdaşı öz cəsarətli və autentik kimliyi ilə qəbul olunduğunu, dəyər gördüyünü və sevildiyini hiss edəndə, özünü rahat şəkildə ifadə edə bilir, yaradıcı və bənzərsiz potensialını inkişaf etdirir. 

Krispy Kreme-də sevinc paylaşmaq fəaliyyətimizin mərkəzindədir və biz bunu icmalarımızda ilhamlandırmağa çalışırıq.

Namizədə aid tələblər:

  • Ali təhsilli olması;
  • Azərbaycan dili - mükəmməl, ingilis dili – yaxşı səviyyədə;
  • Ezamiyyətlərə hazır olmaq;
  • İctimai iaşə və ya pərakəndə satış sahəsində 4 ildən az olmayaraq iş təcrübəsi;
  • Müvafiq vəzifədə 2 ildən az olmayaraq iş təcrübəsi;
  • Qida istehsalı və təhlükəsizliyi sahəsində biliklər;
  • Liderlik keyfiyyəti və komanda idarəetmə bacarığı;
  • Məsuliyyət, dəqiqlik və karyera qurmaq istəyi;
  • Problem həll etmə və qərarvermə qabiliyyəti;
  • Müştəriyönümlülük və yüksək xidmət mədəniyyəti;
  • Yüksək səviyyədə ünsiyyət və təşkilatçılıq bacarıqları;
  • Hesabat və təhlil bacarıqları; 
  • MS Office proqramları üzrə yaxşı biliklər, ERP sistemlərində (1C,İİKO) işləmək bacarığı;
  • Xasiyyətnamə tələb olunur.

Əsas vəzifə öhdəlikləri:

  • Mağaza müdiri ilə birlikdə biznes planının məqsədlərinə çatmaq və gəlirliliyi artırmaq;
  • Mağazada fasiləsiz və səmərəli fəaliyyətin təmin olunması üçün növbələri idarə etmək;
  • Satışların uğurla aparılması üçün kifayət qədər donuts təmin etmək;
  • Donutsların gündəlik hazırlanmasının səmərəliliyini artırmaq;
  • Filial üçün məhsul sifarişlərini düzgün formalaşdırmaq, artıq və çatışmazlıq hallarının qarşısını almaq;
  • İstehsal prosesini izləmək və keyfiyyətə nəzarət etmək;
  • Məhsulların Krispy Kreme keyfiyyət standartlarına uyğunluğunu təmin etmək;
  • Donutsların düzgün bəzədilməsi və qablaşdırılmasına nəzarət etmək;
  • Avadanlıqların müntəzəm yoxlanışını aparmaq, problemləri aşkar edib həll etmək;
  • Komandanı avadanlıqların düzgün istifadəsi ilə öyrətmək və avadanlığın vəziyyətinə nəzarət etmək;
  • Lokal təkliflərdə iştirak etmək, menyunu təkmilləşdirmək, aksiyalar təşkil etmək;
  • Qonaq məmnuniyyətinin yüksək səviyyədə təmin olunmasına nəzarət etmək;
  • Qonaqların müsbət təcrübəsini təmin etmək üçün müvafiq standartların tam təminatına və icrasına nəzarət etmək;
  • Qonaqların məmnunluğunu təmin etmək üçün istehsal cədvəlini koordinasiya etmək;
  • Qonaq şikayətlərini təhlil etmək və onları aradan qaldırmaq üçün uyğun prosedurları həyata keçirmək;
  • Mağazada nizam-intizamı və işin təşkilini qorumaq;
  • Qida təhlükəsizliyi, sanitariya və əməkdaş sağlamlığı prosedurlarına əməl olunmasına nəzarət etmək;
  • Komanda üzvlərinin effektiv şəkildə seçilməsində, işə qəbulunda, təlimində və peşəkar inkişafında kömək etmək;
  • Satışlar və mağazanın KPI göstəriciləri üzrə hesabat hazırlamaq.

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv;
  • Təlim keçmə və karyera artımı imkanları.

Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində İstehsal meneceri - Krispy Kreme mağazalar şəbəkəsi qeyd edərək Müraciət Et düyməsində göstərilən e-ünvanına göndərə bilərlər.

Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily123
  • Weekly123
  • Monthly2013