Təchizat üzrə mütəxəssis

  • Истекает 29 май 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Qlobal brendin bir hissəsi olmaq və brendin uğur yolunda birgə addımlamaq istəyirsinizsə, komandamızda sizi görməkdən məmnun olarıq.

İşəgötürən: Krispy Kreme mağazalar şəbəkəsi

Namizədə aid tələblər:

  • Ali təhsilli olması;
  • Azərbaycan dili - mükəmməl, ingilis dili - orta səviyyədə, rus dili – arzuolunandır;
  • Müvafiq vəzifədə 2 ildən az olmayaraq iş təcrübəsi;
  • MS Office üzrə yaxşı biliklər, ERP sistemlərində (1C, İİKO) sərbəst işləmək bacarığı;
  • Yerli və beynəlxalq təchizatçılarla əməkdaşlıq bacarığı və təcrübəsi;
  • Korporativ yazışma və işgüzar danışıqların aparılması bacarıqları;
  • Analitik düşüncə, planlaşdırma və təşkilatçılıq bacarıqları;
  • Məsuliyyətlilik, qərarvermə və komandada işləmək bacarıqları;
  • Xasiyyətnamə tələb olunur.

Əsas vəzifə öhdəlikləri:

  • Yerli və beynəlxalq təchizatçılarla danışıqların aparılması, işgüzar əlaqələrin qurulması və idarə olunması;
  • Təchizatçıların seçimi və qiymətləndirilməsi proseslərinin effektiv icrasının təmin edilməsi;
  • Yerli və xarici bazar araşdırmalarının aparılması və yeni təchizatçıların müəyyən edilməsi;
  • Şirkətin bütün struktur bölmələri ilə sıx əməkdaşlıq edərək, zəruri mal və materialların vaxtında və düzgün şəkildə təmin olunması məqsədilə sifarişlərin verilməsi, prosesə nəzarət və tədarükün icrasında iştirak;
  • Təchizat müqavilələrinin bağlanması zamanı keyfiyyət, qiymət və xidmət amilləri nəzərə alınmaqla ən optimal şərtlərin əldə olunması üçün danışıqların aparılması;
  • Şirkətdaxili sifarişlərin anbar ehtiyatları və satış göstəriciləri ilə təhlil edilməsi və aidiyyəti şöbələrin məhsullarla təmin olunmasına nəzarət;
  • Şirkətin fasiləsiz fəaliyyətinin təmin edilməsi məqsədilə təchizatçı ehtiyatının daim nəzarətdə saxlanılması;
  • Logistika proseslərinin təşkili və icra müddətlərinə nəzarət edilməsi;
  • Təchizat və logistika xərclərinin təhlilində iştirak və optimallaşdırma üzrə təkliflərin hazırlanması;
  • Satış proqnozlarının formalaşdırılması və planlaşdırma prosesində iştirak;
  • AQTA ilə bağlı sənədlərin alınması və müvafiq proseslərin koordinasiyası;
  • Yüklərin daşınması və müşayiəti üzrə müvafiq sənədlərin hazırlanması və rəsmiləşdirilməsi;
  • Hesabatların hazırlanması, təhlili və rəhbərliyə təqdim edilməsi.

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Əmək haqqı - 1500 azn;
  • 5 günlük iş rejimi;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Təchizat üzrə mütəxəssis” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily107
  • Weekly107
  • Monthly2146