Vəzifə öhdəlikləri:
- Elektrik, su, qaz, kanalizasiya və digər mühəndislik-kommunikasiya xətlərinin layihələndirilməsi;
- Sahə ölçülərinin aparılması, mövcud xəttlərin araşdırılması və texniki məlumatların toplanması;
- Layihə-smeta sənədlərinin (Eskiz, İşçi layihə, İcra sənədləri və s.) hazırlanması;
- Normativ sənədlərə və dövlət standartlarına uyğun layihələrin tərtibi;
- Podratçı və tikinti komandalarına texniki dəstək göstərilməsi;
- Tikinti zamanı baş verə biləcək layihə dəyişikliklərinin hazırlanması.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsinin olması;
- AutoCAD, Civil 3D və digər layihələndirmə proqramlarında sərbəst işləmə bacarığı;
- Normativ sənədlər və layihə standartları haqqında biliklər;
- Sahə ölçmələri və texniki çertyojlar ilə işləmək bacarığı;
- Məsuliyyətlilik, analitik düşüncə və komandada işləmək qabiliyyəti.
- İnşaat sahəsi üzrə texnoloji ardıcıllıqlar üzrə biliklərin olması;
- Daimi bilik və bacarıqlarını inkişaf etdirməli.
İş şəraiti:
- 6 günlük iş qrafiki;
- İş yeri: Bakı şəhəri;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “İnfrastruktur xətləri üzrə layihəçi mühəndis” yazmaqla Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.