Vəzifə öhdəlikləri:
- Sahədaxili işlərin təşkili və gündəlik iş prosesinə nəzarət etmək
- Tabeliyində olan işçi heyətini idarə etmək, iş bölgüsü aparmaq və tapşırıqlar vermək
- Kompleksin həyətində, gölətrafı ərazilərdə və yaşıllaşdırma sahələrində görülən işlərin koordinasiyasını təmin etmək
- İşçilərin işə davamiyyəti və əmək intizamına nəzarət etmək
- Görülən işlərin keyfiyyətinə və vaxtında təhvil verilməsinə nəzarət etmək
- Yaşıllaşdırma, abadlıq və əraziyə qulluq işlərinin düzgün icrasını təmin etmək
- Texnika, avadanlıq və iş alətlərinin düzgün istifadəsinə nəzarət etmək
- Təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət olunmasını təmin etmək
- Ərazidə yaranan problemləri operativ şəkildə müəyyən edib rəhbərliyə məlumat vermək
- Gündəlik görülən işlər barədə rəhbərliyə hesabat təqdim etmək
- İş prosesində işçilərin fəaliyyətini qiymətləndirmək və ehtiyac olduqda istiqamətləndirmək
- Mövsümi abadlıq, təmizlik və texniki xidmət işlərinin planlı şəkildə həyata keçirilməsini təşkil etmək
- Rəhbərlik tərəfindən verilən digər təşkilati və texniki tapşırıqları yerinə yetirmək.
Tələblər:
- Praktiki iş bacarığı və sahə təcrübəsi
- Məsuliyyətlilik və operativlik
- Komanda ilə işləmək və idarəetmə bacarığı
İş şəraiti:
- İş qrafiki: 6 günlük;
- İş yeri: Bakı şəhəri
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Landşaft və yaşıllaşdırma işləri üzrə nəzarətçi” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.