Kseroks.Az (mətbəə, promo, reklam) Kseroks.Az (mətbəə, promo, reklam)
  • 367

Kseroks.Az (mətbəə, promo, reklam)

Təchizat xidmətləri

Poliqrafiya üzrə dizayner (Mətbəə)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Poliqrafiya üzrə dizayner (Mətbəə)

  • Deadline 9 Aprel 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas öhdəliklər:

  • Vizit kart, kataloq, buklet, broşür, flayer, banner, roll-up, stend, plakat, qutu və digər poliqrafiya məhsullarının yüksək keyfiyyətli dizayn işlərinin hazırlanması;
  • Dizaynların çap standartlarına uyğun texniki cəhətdən (rəng sistemi, bleed və margin ölçüləri, kəsim xəttləri, fayl keyfiyyəti) düzgün hazırlanması; 
  • Müştəri tələblərinə uyğun fərdi və kreativ dizayn konseptlərinin işlənməsi;
  • Brendin korporativ üslubuna və vizual identikliyinə uyğun dizayn materiallarının hazırlanması;
  • Kreativ və innovativ dizayn həllərinin hazırlanması, yeni ideyaların təqdim edilməsi;
  • Müştəri ilə dizayn prosesi boyu operativ ünsiyyətin qurulması və eskizlərin təqdim olunması;
  • Reklam, sosial media və rəqəmsal platformalar üçün vizual materialların hazırlanması;
  • Mövcud dizaynların müasir trendlərə uyğun yenilənməsi və təkmilləşdirilməsi;
  • Çap prosesində texniki tələblərə və keyfiyyət standartlarına (material seçimi, kağız növləri, laklama və laminasiya, xüsusi effektlər (UV, emboss və s.) uyğunluğun təmin edilməsi. 

Kvalifikasiya tələbləri:

  • Poliqrafiya və dizayn sahəsində minimum 2 il iş təcrübəsi;
  • Yaş həddi: 21–40;
  • Rus və İngilis dillərini bilmək üstünlükdür.

Tələb olunan bilik və bacarıqlar:

  • Adobe Photoshop, Illustrator, InDesign, CorelDraw proqramlarında peşəkar səviyyədə işləmək bacarığı;
  • Çap üçün fayl hazırlama qaydaları və rəng profilləri (CMYK, Pantone) barədə biliklər;
  • Roland avadanlığından, Konica lazer avadanlığından və  UV-çap texnologiyasından, Poni cildləmə, forex yapışdırma texnologiyalarından istifadə bacarığı
  • Kreativ düşüncə və estetik zövq;
  • Operativlik və detallara diqqət;
  • Komandada işləmək və effektiv ünsiyyət bacarığı.

Təklif edirik:

  • Əmək haqqı: 700 – 1000 AZN;
  • Bonus sistemi: Layihə üzrə əlavə ödənişlər;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun işə qəbul;
  • İş qrafiki: Həftədə 6 gün;
  • Stabil iş mühiti və inkişaf imkanı.

Tələblərə cavab verən namizədlər öz CV-lərini və portfolio nümunələrini “Poliqrafiya üzrə dizayner” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. 

  • Daily61
  • Weekly83
  • Monthly654