İş yeri: Kvan Group
İşin təsviri:
- Biz yaşayış binası layihəsi üçün Tikinti mütəxəssisi axtarırıq.
- Namizədin tikinti sahəsində minimum 3 illik iş təcrübəsi olmalıdır. Əsas vəzifələrdən biri smeta hesablamalarının aparılması və layihə üzrə keyfiyyətə nəzarətin təmin edilməsidir.
Əsas vəzifələr:
- Tikinti işləri üzrə smeta hesablamalarının və büdcənin hazırlanması.
- Layihə spesifikasiyalarının, çertyojların və müqavilələrin analiz edilməsi.
- Tikinti işlərinin maliyyə nəzarəti və xərclərə nəzarətin aparılması.
- Tikinti materiallarının və işlərin keyfiyyət standartlarına uyğunluğunun yoxlanılması.
- İşlərin və materialların keyfiyyətinə nəzarət etmək, çatışmazlıqları müəyyənləşdirmək və hesabat hazırlamaq.
- Podratçılar və mühəndislərlə sıx əməkdaşlıq edərək xərclərin və keyfiyyətin optimallaşdırılması.
- Tikinti prosesində dəyişikliklər və keyfiyyət yoxlamaları ilə bağlı sənədlərin düzgün aparılması.
Tələblər:
- Tikinti sahəsində minimum 3 illik iş təcrübəsi.
- Tikinti materialları, üsulları və smeta hesablamaları üzrə biliklər.
- Tikinti normativləri və keyfiyyət standartları haqqında məlumatlılıq.
- Smeta tərtibatı proqramları və MS Office proqramlarını yaxşı səviyyədə bilmək.
- Müstəqil işləmə və komandada əməkdaşlıq etmə bacarığı.
- Analitik düşünmə və problemlərin həll edilməsi bacarığı.
Maaş: 1500 AZN (Net)
Təcrübə: Minimum 3 il
İş rejimi: Tam ştat