İş şəraiti:
- Layihə: Bahar Residence
- Vəzifə: Satış təmsilçisi
- Əmək haqqı: 1200–1500 AZN + bonus
- İş rejimi: Tam iş günü
Vəzifə öhdəlikləri:
- Layihə üzrə mənzillərin satışının həyata keçirilməsi;
- Müştərilərlə ilkin əlaqənin qurulması və görüşlərin təşkili;
- Müştərilərə layihə haqqında ətraflı və düzgün məlumatın təqdim edilməsi;
- Satış ofisində və obyekt ərazisində təqdimatların keçirilməsi;
- Potensial müştərilərlə davamlı əlaqələrin saxlanılması və izlənməsi;
- Satış planlarının yerinə yetirilməsi və aylıq hesabatların hazırlanması;
- Müqavilələrin hazırlanması prosesində müştərilərə dəstək göstərilməsi;
- Rəqib bazarın və qiymət siyasətinin izlənilməsi;
- Müştəri məmnuniyyətinin təmin edilməsi və satış sonrası əlaqələrin qorunması.
Namizədə tələblər:
- Satış sahəsində minimum 3 il iş təcrübəsi (daşınmaz əmlak sahəsində təcrübə üstünlükdür);
- Güclü ünsiyyət və təqdimat bacarığı;
- Müştəri ilə işləmək və inandırma qabiliyyəti;
- Azərbaycan dili səlis, rus dili biliyi üstünlükdür;
- MS Office proqramları ilə işləmə bacarığı;
- Aktiv, məsuliyyətli və nəticə yönümlü olmaq;
- Komandada işləmə və yüksək satış motivasiyası.
Təklif edirik:
- Stabil əmək haqqı: 1200–1500 AZN
- Hər mənzil satışından əlavə bonus
- Rahat və professional iş mühiti
- Karyera inkişafı imkanı
CV-ni Müraciət Et düyməsində göstərilən email yönləndirin.