Laliga Dining & Lounge Laliga Dining & Lounge
  • 388

Supervayzer

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Supervayzer

  • Deadline 8 August 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Filialın gündəlik əməliyyat fəaliyyətinin planlaşdırılması, təşkili və idarə olunması;
  • Oyun aparatları (PlayStation, VR və digər oyun avadanlıqları), lounge sahəsi və xidmət zonalarının daim işlək və istifadəyə hazır vəziyyətdə saxlanılmasına nəzarət etmək;
  • Obyektdə istifadə olunan avadanlıqların (işıqlandırma, musiqi sistemi, qalyan və servis avadanlıqları) gündəlik texniki vəziyyətini izləmək və nasazlıqların operativ aradan qaldırılmasını təmin etmək;
  • Müştəri sifarişlərinin operativ və düzgün icrasına, xidmət keyfiyyətinə və masaların effektiv dövriyyəsinə nəzarət etmək;
  • Gündəlik kassa əməliyyatlarını, maliyyə intizamını, balans hesabatlarını və oyun saatlarının düzgün uçotunu təmin etmək;
  • Sanitariya, gigiyena, yanğın təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına riayət olunmasına nəzarət etmək;
  • Müştəri məmnuniyyətinin təmin edilməsi, şikayətlərin operativ həlli və loyallığın artırılması istiqamətində tədbirlər görmək;
  • Növbə üzrə işçi heyətinin (ofisiant, barmen, operator, texniki işçi və digər əməkdaşlar) iş qrafiklərini hazırlamaq və iş bölgüsünü təşkil etmək;
  • İşçi heyətinin fəaliyyətini qiymətləndirmək, motivasiya etmək və məhsuldarlığın artırılması istiqamətində tədbirlər həyata keçirmək;
  • Yeni əməkdaşların adaptasiya prosesini təşkil etmək, xidmət standartları və daxili prosedurlar üzrə təlimlər keçirmək;
  • İşçi heyətinin geyim, qruminq, davranış və daxili nizam-intizam qaydalarına əməl etməsinə nəzarət etmək;
  • Satış, müştəri sayı, personal performansı, avadanlıqların vəziyyəti və digər əsas göstəricilər üzrə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək;
  • Marketinq kampaniyalarının və xüsusi aksiyaların icrasında iştirak etmək, filial üzrə sosial media məzmunlarının hazırlanmasına dəstək vermək;
  • Oyun vaxtlarının düzgün hesablanmasını və müştərilərə dəqiq təqdim edilməsini təmin etmək;
  • Filial inventarının, mebel və aksesuarların qorunmasına, təmizliyinə və səmərəli istifadəsinə nəzarət etmək;
  • İtkilərin, nasazlıqların və əməliyyat risklərinin minimuma endirilməsi istiqamətində tədbirlər görmək.

Kvalifikasiya tələbləri:

  • Təhsil: Ali təhsil (İdarəetmə, Biznesin idarə edilməsi, Marketinq və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür);
  • İş təcrübəsi: Restoran, lounge, hospitality və ya xidmət sektorunda supervayzer, növbə rəhbəri və ya oxşar idarəedici vəzifədə minimum 2 il iş təcrübəsi.

Tələb olunan bilik və bacarıqlar:

  • Liderlik və komandanı idarəetmə bacarığı;
  • Planlaşdırma və təşkilatçılıq bacarığı;
  • Müştəri xidməti və müştəri məmnuniyyətinin idarə olunması üzrə biliklər;
  • Satışların təşkili və nəticələrin artırılması bacarığı;
  • Analitik düşünmə və operativ qərarvermə bacarığı;
  • Problem həll etmə və nəticəyönümlü yanaşma;
  • Yüksək ünsiyyət və komanda ilə işləmə bacarığı;
  • Restoran və lounge xidmət standartları üzrə ətraflı biliklər;
  • Microsoft Office proqramlarında (Word, Excel) sərbəst işləmək bacarığı;
  • Marketinq kampaniyalarının təşkili və sosial media fəaliyyətinə dəstək vermək bacarığı;
  • Azərbaycan dilində səlis yazılı və şifahi nitq bacarığı;
  • Rus və ingilis dili bilikləri üstünlükdür.

Təklif edirik:

  • Əmək haqqı: 800 AZN + servis haqqı;
  • Performansa əsaslanan bonus sistemi;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
  • Nahar şirkət tərəfindən təmin edilir;
  • İş qrafiki: 6 günlük iş həftəsi (tam ştat);
  • Peşəkar və dinamik komandada çalışma imkanı;
  • Karyera inkişafı və yüksəliş perspektivi.

Tələblərə cavab verən namizədlər "Supervayzer" başlığı ilə öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly394
  • Monthly794