İnsan Resursları Əməliyyatları üzrə təcrübəçi

  • Истекает 24 июль 2026

Təsvir

  • Yeni işçilərin işə qəbul prosesində iştirak etmək (sənədlərin qəbul edilməsi, əmək müqavilələrinin SİMA vasitəsilə imzalanmasının təşkili və müvafiq qeydiyyat işlərinin aparılması);
  • Əmək münasibətlərinə xitam verilən əməkdaşlarla bağlı əməliyyatların həyata keçirilməsinə dəstək göstərmək (ərizələrin qəbul edilməsi, təhvil-təslim prosesinin koordinasiyasında iştirak və sənədlərin arxivləşdirilməsi);
  • Əmək müqavilələrinə edilən dəyişikliklərlə bağlı sənədlərin hazırlanması və əməkdaşlar tərəfindən SİMA vasitəsilə imzalanmasının təmin edilməsi;
  • İşçilərin giriş-çıxış kartları ilə təmin olunması və bununla bağlı qeydiyyat işlərinin aparılması;
  • Əməkdaşların gündəlik davamiyyətinin izlənilməsi, məlumatların yoxlanılması və müvafiq qeydiyyatın aparılması;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması, yenilənməsi və düzgün saxlanılmasını təmin etmək;
  • İR sənədlərinin hazırlanması, qeydiyyatı və arxivləşdirilməsi proseslərində iştirak etmək;
  • İR əməliyyatları ilə bağlı gündəlik inzibati işlərə dəstək vermək.

Tələblər:

  • İnsan Resursları, Biznesin İdarə Edilməsi və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi;
  • Güclü ünsiyyət bacarığı;
  • Detallara diqqət etmə və vaxtın idarə olunması bacarıqları;
  • Microsoft Office proqramlarında işləmə bacarığı.

Biz nə təklif edirik:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
  • Əməkhaqqı: 400 AZN (gross);
  • Proqramın müddəti 3 aylıq nəzərdə tutulub;
  • İş qrafiki: həftədə 5 gün, saat 08:00–17:00 və ya 09:00–18:00;
  • İş yeri: Bayıl (servis xidməti mövcuddur);
  • Peşəkar inkişaf və öyrənmə imkanları.

Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily53
  • Weekly467
  • Monthly2536