Təsvir
- Müəssisənin struktur bölmələrinin (şöbələrin) fəaliyyətinin monitorinqini həyata keçirmək;
- Keyfiyyət standartlarına uyğunluğu yoxlamaq və müvafiq hesabatlar hazırlamaq;
- Uyğunsuzluqları müəyyənləşdirmək və onların aradan qaldırılması üçün təkliflər vermək;
- Daxili audit proseslərində iştirak etmək;
- Keyfiyyət menecment sistemlərinin (ISO 9001, ISO 19011 və s.) tələblərinə uyğun fəaliyyət göstərmək;
- Proseslərin effektivliyinin artırılması üçün təhlillər aparmaq və təkmilləşdirmə təklifləri hazırlamaq;
- Sənədlərin düzgünlüyünü və aktuallığını nəzarətdə saxlamaq;
- Aylıq, rüblük və illik hesabatların hazırlanmasında iştirak etmək.
Tələblər
- Ali təhsil (idarəetmə, keyfiyyət menecmenti, mühəndislik və ya əlaqəli sahə üzrə);
- Keyfiyyət təminatı, audit və ya daxili nəzarət sahəsində ən azı 1-3 il iş təcrübəsi;
- ISO standartları (xüsusilə ISO 9001, ISO 19011) haqqında biliklər;
- Daxili audit və monitorinq prosesləri ilə bağlı təcrübə üstünlükdür;
- Güclü analitik düşüncə və problem həll etmə bacarığı;
- İngilis dili biliyi arzuolunandır.
- Təhsil sahəsində təcrübə arzuolunandır.
Biz nə təklif edirik:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- İş qrafiki: 08:00-17:00/9:00 - 18:00 (həftədə 5 dəfə);
- İş yeri: Bayıl (servis xidməti mövcuddur);
- Könüllü tibbi sığorta;
- Həyat yığım sığortası;
- Push30 proqramından 75% endirim ilə istifadə etmək imkanı;
- Landau School-da uşaqların təhsilində xüsusi endirimlər;
- Peşəkar inkişaf imkanları.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.