Mühasib (Satış əməliyyatlarının uçotu üzrə)

  • Истекает 16 декабрь 2026

Təsvir

  • 1C proqramında satış və müştəri ödənişləri üzrə əməliyyatların düzgün uçotunun aparılması və müvafiq mühasibat müxabirləşmələrinin verilməsi;
  • Bank hesabları üzrə pul vəsaitlərinin hərəkətinə nəzarət edilməsi, daxilolma və köçürmələrin izlənilməsi və üzləşdirilməsi;
  • Debitor borclarının mütəmadi izlənilməsi, təhlil edilməsi və vaxtında ödənilməsinin təmin olunması;
  • Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin səmərəli təşkilinə və idarə olunmasına dəstək göstərilməsi;
  • Mühasibat və maliyyə əməliyyatlarında hesablama texnikasının və müasir informasiya texnologiyalarının geniş tətbiqinin təmin edilməsi;
  • İş prosesində yaranan maliyyə məsələlərinin araşdırılması, təhlili və həlli istiqamətində müvafiq tədbirlərin görülməsi;
  • Maliyyə və mühasibat uçotu ilə bağlı risklərin və uyğunsuzluqların vaxtında müəyyən edilməsi və aradan qaldırılması üçün tədbirlərin görülməsi;
  • Müəyyən edilmiş vəzifə və tapşırıqların vaxtında və doğru şəkildə yerinə yetirilməsi məqsədilə digər struktur bölmələri ilə qarşılıqlı əməkdaşlığın qurulması;
  • Rəhbərlik tərəfindən verilən xidməti tapşırıqların müəyyən edilmiş müddətlərdə, dəqiq və keyfiyyətlə icra edilməsi;
  • Maliyyə və mühasibat sənədlərinin düzgün rəsmiləşdirilməsi, sistemləşdirilməsi və müvafiq qaydada saxlanılmasının təmin edilməsi;
  • Satış, ödəniş və debitor borcları üzrə müvafiq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.

Tələblər

  • Maliyyə, mühasibatllıq sahəsi üzrə Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • 1C Mühasibat uçotu konfiqurasiyasında işləmə bacarıqları;
  • MS Office, xüsusilə Excel proqramı üzrə peşakar biliklər;
  • ACCA F3 sertifikatı arzuolunandır;
  • İngilis dili biliyi arzuolunandır;
  • İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.

Biz nə təklif edirik:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
  • İş saatları: 08:00-17:00/9:00 - 18:00 (həftədə 5 dəfə);
  • İş yeri: Bayıl (servis xidməti mövcuddur);
  • Könüllü tibbi sığorta;
  • Həyat yığım sığortası;
  • Uşaqlara məktəb endirimləri;
  • Push 30-dan 75% endirim ilə yararlanmaq imkanı;
  • Peşəkar inkişaf imkanı.

Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily122
  • Weekly240
  • Monthly1172