Təsvir
- Şirkətin biznes strategiyasına uyğun L&D strategiyasının və illik təlim planının hazırlanması və icrasına rəhbərlik etmək;
- Təlim ehtiyaclarının müəyyənləşdirilməsi üçün TNA prosesini təşkil etmək;
- L&D komandasının fəaliyyətini idarə etmək, tapşırıqları bölüşdürmək və komanda üzvlərinin inkişafını dəstəkləmək;
- Təlim proqramlarının effektivliyini ölçmək, KPI-ları izləmək və nəticələr üzrə hesabatlar hazırlamaq;
- Xarici təlim provayderləri ilə əməkdaşlığı, seçim və qiymətləndirmə proseslərini idarə etmək;
- Davamlı öyrənmə mədəniyyətinin formalaşdırılması üçün yeni inkişaf təşəbbüsləri və best practice-lərin tətbiqini təmin etmək.
Tələblər
- Ali təhsil (HR, Biznesin idarə edilməsi, Psixologiya, Təhsil və ya əlaqəli sahə);
- L&D / HR sahəsində minimum 5 il iş təcrübəsi;
- Təlim və inkişaf proqramlarının hazırlanması və idarə olunması üzrə praktiki təcrübə;
- TNA, competency development və training evaluation metodologiyaları üzrə bilik;
- Komanda idarəetməsi və güclü liderlik bacarıqları;
- Güclü kommunikasiya, təqdimat və fasilitasiya bacarıqları;
- Azərbaycan və ingilis dillərini yaxşı səviyyədə bilmək.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.