Təsvir
- Brendin əsas və alt məhsulları üçün əsasən statik vizual həllərin hazırlanması;
- Sosial şəbəkələr üçün visual həllərin təqdim edilməsi;
- Brandbook tələblərini nəzərə alaraq çap məhsullarının hazırlanması;
- Vizual və bannerlərin müxtəlif media platformaları və daxili kommunikasiya kanalları üçün uyğunlaşdırılması.
Tələblər
- Qrafik dizayn və motion design üzrə ən azı 2 il iş təcrübəsi;
- Stilistik və struktur tələblərə riayət etməklə BrendBook ilə işləmək bacarığı;
- Adobe PhotoShop,Illustrator, Indesign kimi qrafik proqramlarda çalışmaq bacarığı;
- Yaradıcı düşüncə və detallara diqqət;
- Komandada, həmçinin müstəqil şəkildə səmərəli işləmək bacarığı;
- Portfolionun mövcudluğu;
- Agentlikdə iş təcrübəsi və motion dizayn bacarığı arzuolunandır və əlavə üstünlükdür.
Biz nə təklif edirik:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- Həyat yığım sığortası;
- Könüllü tibbi sığorta;
- Uşaqlara məktəb endirimləri;
- Push 30 proqramından 75% endirim ilə yararlanmaq imkanı;
- Peşəkar inkişaf imkanı.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.