Xərclərə nəzarət üzrə mütəxəssis

  • Истекает 17 сентябрь 2026

Təsvir

  • Gündəlik və aylıq xərclərin izlənməsi, təhlil edilməsi və verilən hədəflərə uyğun olub olmamasının yoxlanılması;
  • Xammalların girişindən hazır məhsul çıxışına qədər prosesin izlənməsi, kontrol edilməsi;
  • Resepturalara əsasən yeməklərin maya dəyərinin hesablanması;
  • Kampuslarda həftəlik və aylıq xammal sayımının təşkil edilməsi və nəzarət edilməsi, anbar qalıqlarının düzgünlüyünün təmin olunması;
  • Anbar qalıqları, artıq sərfiyyat, itkilər və uyğunsuzluqların aşkar edilməsi, səbəblərinin araşdırması;
  • Rəhbərliyə mütəmadi hesabatların verilməsi;
  • Xərclərin azaldılması və optimallaşdırılması üçün təkliflərin verilməsi;
  • Satın alınan məhsulların qiymət və müvafiq sənədlərinin yoxlanılması.

Tələblər

  • Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya əlaqəli sahədə ali təhsil;
  • Cost Control sahəsində xüsusilə katerinq və ya restoran sektorunda minimum 2 il iş təcrübəsi;
  • Analitik düşünmə və təhlil bacarığı;
  • İİKO və 1C proqramı ilə işləmə bacarığı;
  • Dəqiqlik, məsuliyyətlilik və komandada işləmə bacarığı.

Biz nə təklif edirik:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
  • İş saatları: 08:00-17:00 (həftədə 5 dəfə), İş yeri: Bayıl;
  • Könüllü tibbi sığorta;
  • Uşaqlara məktəb endirimləri;
  • Push 30-dan 75% endirim ilə yararlanmaq imkanı;
  • Peşəkar inkişaf imkanı.

Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily106
  • Weekly227
  • Monthly1411