LANDAU School LANDAU School
  • 1.1K

Akademiya əməliyyatları üzrə mütəxəssis (LANDAU Academy)

Akademiya əməliyyatları üzrə mütəxəssis (LANDAU Academy)

  • Deadline 1 Oktyabr 2025

Təsvir

  • WhatsApp, sosial media və digər platformalarda gələn mesajlara operativ cavab vermək;
  • Telefon zənglərinə cavab vermək və ilkin məlumat təqdim etmək;
  • Təlim iştirakçıları ilə müsahibələr aparmaq və uyğun qruplara yerləşdirilməsini təmin etmək;
  • Akademiyaya gələn iştirakçıların ödənişlərini qəbul etmək və maliyyə şöbəsi ilə uyğunlaşdırmaq;
  • İştirakçı məlumatlarını düzgün şəkildə sistemə daxil etmək və daimi olaraq yeniləmək;
  • Təlimlərin gedişatına nəzarət etmək, iştirakçı siyahılarını izləmək və dəqiqliyini təmin etmək;
  • Təlimlərlə bağlı bütün məlumat və hesabatları dəqiq şəkildə qeyd etmək;
  • Təlimçilərlə və iştirakçılarla koordinasiyanı təmin etmək;
  • Təlim otaqlarının və texniki vasitələrin hazır olmasına nəzarət etmək;
  • Rəhbərliyə həftəlik və aylıq hesabat təqdim etmək.

Tələblər

  • Ali təhsil;
  • Minimum 2 il iş təcrübəsi (inzibati və ya təlimlərlə bağlı sahədə); 
  • Təhsil sahəsində və ya təlim təşkilatında iş təcrübəsi;
  • Müxtəlif kommunikasiya kanallarının (WhatsApp, sosial media, e-mail) idarə olunmasında təcrübə; 
  • Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı; 
  • Rus və İngilis dillərində iş mühitində ünsiyyət qurmaq üçün kifayət qədər bilik;
  • Azərbaycan dilində sərbəst və axıcı ünsiyyət bacarığı; 
  • Maliyyə əməliyyatları və ödənişlərin qəbulunda ilkin biliklər;
  • Güclü təşkilatçılıq və vaxt idarəetmə bacarıqları.

Biz nə təklif edirik:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
  • İş rejimi: 09:00-18:00 (5 gün);
  • İş yeri: LANDAU Academy (Gənclik);
  • Peşəkar inkişaf imkanları.

Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily29
  • Weekly642
  • Monthly642