Büdcə və maliyyə hesabatlılığı üzrə aparıcı mütəxəssis

Büdcə və maliyyə hesabatlılığı üzrə aparıcı mütəxəssis

  • Deadline 5 Yanvar 2025

Təsvir

  • İllik büdcə hesabatlarının tərtib edilməsinə dəstək olunması;
  • Aylıq, rüblük, illik büdcə və faktiki göstəricilərin qarşılıqlı təhlil edilməsi;
  • Aylıq büdcə və faktiki göstəricilərin departament rəhbərləri ilə paylaşılması;
  • Hesabatların avtomatlaşdırılmasında təkliflərin verilməsi;
  • Maliyyə analizlərinin aparılması üçün təklif və tövsiyyələrin verilməsi;
  • Maliyyə məlumatlarının konsolidasıyasının aparılması;
  • Büdcə və hesabatlılıq ilə əlaqədar yarana bilən bu və ya digər təhlillərin aparılması və maliyyə sənədlərinin hazırlanması.

Tələblər

  • Yüksək səviyyədə Microsoft Office biliklərinin olması (MS Excel və MS Word);
  • Maliyyə-Mühasibatlıq, Audit, İqtisadiyyat, Biznesin təşkil edilməsi üzrə bakalavr təhsili;
  • Maliyyə, Hesabatlılıq, Büdcələmə, Audit sahələrində 2 il iş təcrübəsi;
  • Maliyyə məlumatlarının təhlilinin aparılması bacarığının olması;
  • İngilis və rus dili bilikləri arzu olunandır;
  • IFRS sertifikatlarının olması (F3, F7, F8) arzu olunandır;
  • Modelləşmə sertifikatının olması (FMVA) arzu olunandır;
  • Rəhbər olmadıqda görüşlərə qatıla bilmə və görüşləri apara bilmə təcrübəsinin olması arzu olunandır;
  • ERP sistemləri ilə işləmə bacarığı arzu olunandır;
  • Paralel şəkildə müxtəlif layihələri apara bilmə bacarığı;
  • Güclü analitik bacarığı;
  • Komandada işləmə bacarığı, sürətli düşünmə, deadline-larla işləmə bacarığı, yeniliklərə açıq və öyrənməyə həvəsli;
  • Rəsmi məktubları yazma bacarığı arzu olunandır.

Biz nə təklif edirik:

  • AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
  • İş qrafiki: 8:00 - 17:00/09:00-18:00 (həftədə 5 dəfə);
  • İş yeri: Bayıl (servis mövcuddur);
  • Könüllü tibbi sığorta;
  • Landau School-da uşaqların təhsilində xüsusi endirimlər;
  • Korporativ təlimlərə qatılma imkanı.

Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

  • Daily0
  • Weekly466
  • Monthly2083