Təsvir
LANDAU School üçün Mühasib (İşçi heyəti ilə hesablaşmalar üzrə) axtarışındayıq. Qeyd olunan vəzifə üçün tələblərimiz aşağıdakı kimidir:
- Əmək anunvericiliyinin tələblərinə uyğun olaraq təqdim olunmuş davamiyyət cədvəli əsasında işçilərin əmək haqqlarının hesablanması və ödənilməsinin təmin edilməsi;
- Son haqq-hesab, bütün növ məzuniyyətlərin, xəstəlik vərəqələrinin, mükafat və s. ödənişlərin hesablanmasının və vaxtında ödənilməsinin təmin edilməsi;
- DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron sistemində işlənməsini icra edilməsi;
- Həyat yığım sığortası üzrə sənədləşmənin və qeydiyyatın aparılması;
- İşçilər üçün bank kartlarının sifarişi və əmək haqqı kartları ilə bağlı problemlərin həllində dəstək göstərilməsi;
- Əmək haqqına dair bütün əməliyyatların 1C proqramında işlənməsi;
- Dövlət orqanlarına aylıq, rüblük və illik hesabatların hazırlanması və vaxtında təqdim olunması;
- Əmək haqqına dair daxil olan sorğuların cavablandırılması;
- Müvafiq sahə üzrə rəhbərlik tərəfindən tələb olunan hesabatların hazırlanması.
Tələblər
- Sahə üzrə ali təhsil;
- Əmək haqqı hesablanması üzrə ən azı 1 il iş təcrübəsi;
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyi, Əmək və Vergi Məcəlləsi üzrə yüksək biliklər;
- Elektron portallarda işləmək bacarığı (e-gov, emas.sosial, e-taxes,isb.az və s.);
- 1C, MS Office xüsusilə Excel proqramlarında peşəkar işləmək bacarığı;
- PMS sertifikatının olması üstünlükdür.
Biz nə təklif edirik:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- İş saatları: 08:00-17:00/9:00 - 18:00 (həftədə 5 dəfə);
- İş yeri: Bayıl (servis xidməti mövcuddur);
- Könüllü tibbi sığorta;
- Uşaqlara məktəb endirimləri;
- Push 30-dan 75% endirim ilə yararlanmaq imkanı;
- Peşəkar inkişaf imkanı.
Vakansiya haqqında
- Son tarix fevral 19, 2025
- Vakansiya növü Tam ştat
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.