Şirkətimizə xadimə vəzifəsi üzrə məsuliyyətli, səliqəli və işinə diqqətlə yanaşan əməkdaş axtarılır.
Vəzifə öhdəlikləri:
- İnzibati və xidməti otaqların, dəhlizlərin, sanitar qovşaqların və digər ümumi istifadə sahələrinin gündəlik təmizliyini təmin etmək;
- İş sahələrinin təmiz və səliqəli vəziyyətdə saxlanılmasına nəzarət etmək;
- Döşəmə, pəncərə, mebel və digər səthlərin təmizlənməsini həyata keçirmək;
- Təmizlik vasitələrindən və avadanlıqlarından təyinatına uyğun istifadə etmək;
- Təmizlik ləvazimatlarının düzgün və qənaətlə istifadəsini təmin etmək;
- Tullantıların vaxtında toplanmasını və müvafiq qaydada kənarlaşdırılmasını təmin etmək;
- Gigiyena və sanitariya qaydalarına riayət etmək;
- Rəhbərlik tərəfindən verilən müvafiq tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Namizədə tələblər:
- Məsuliyyətli, intizamlı və çalışqan olmaq;
- Təmizliyə və səliqəyə xüsusi diqqət yetirmək;
- Komandada işləmək bacarığı;
- Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;
- Müvafiq sahədə iş təcrübəsinin olması arzuolunandır.
Vakansiya ilə maraqlanan namizədlər şəkilli CV-lərini müraciət etdiyi vəzifənin adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.