Ümumi Baxış:
Bütüncül yanaşmaya malik Yenee tibbi sağlamlıq layihəsində fəaliyyət göstərən multidisiplinar komandamızın bacarıqlı üzvü - Yoqa Təlimçisi, fərdi müalicə planları ilə uyğunlaşdırılmış şəkildə, fiziki reabilitasiya, stressin idarə olunması və ümumi rifahı dəstəkləyən terapevtik yoqa məşqlərini tədris edəcək.
Əsas Vəzifələr:
- Yoqa təcrübələrini iştirakçıların müalicə məqsədləri ilə uyğunlaşdırmaq üçün həkimlər, fizioterapevtlər və digər sağlamlıq mütəxəssisləri ilə əməkdaşlıq etmək.
- Qrup dərsləri və lazım gələrsə, göstəriş əsasında, Yenee proyektinin həkim -koordinatiru ilə razılaşdırılmaqla, fərdi seanslar keçirmək; diqqət, hərəkətlilik, nəfəs məşqləri (pranayama) və bərpaedici təcrübələrə fokuslanmaq.
- Yoqanın fiziki və zehni sağlamlığa faydaları haqqında iştirakçıları maarifləndirmək.
- İştirakçıların sağlamlıq vəziyyətlərini izləmək və təlimləri uyğunlaşdırmaq.
- Zərurət olduqda sağlamlıq seminarları, təlimlər və maarifləndirici tədbirlərdə iştirak etmək.
- Sakit, dəstəkləyici və peşəkar bir mühitin təmin olunmasına töhfə vermək.
Tələblər:
- Akkreditə olunmuş universitetdən və ya alternativ təhsil müəssisəsindən Yoqa instruktoru və ya məşqçisi sahəsi üzrə təhsil
- Minimum 2 il yoqa tədrisi təcrübəsi; klinik, terapevtik və ya sağlamlıq mərkəzi mühitində təcrübə üstünlükdür.
- Anatomiya, fiziologiya və ümumi tibbi vəziyyətlər (məsələn: xroniki ağrılar, əməliyyatdan sonra bərpa, anksiyete, ürək-damar xəstəlikləri) haqqında bilik.
- Güclü ünsiyyət, empatiya və insanlarla işləmək bacarığı.
- Müxtəlif sahələr üzrə sağlamlıq komandası ilə əməkdaşlıq edə bilmək
- Yoqa terapiyası, travma-yönümlü yoqa və ya inteqrativ sağlamlıq sahəsində əlavə təhsil və ya sertifikat.
- Meditasiya, Ayurveda və ya nəfəs texnikaları kimi digər holistik yanaşmalar haqqında bilik
- Müxtəlif yaş qrupları və əhali ilə işləmək təcrübəsi.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin.