Baş aşbaz köməkçisi (Sous Chef)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Baş aşbaz köməkçisi (Sous Chef)

  • Deadline 17 November 2024
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Şirkətimizdə "CİBUS" MMC (LAVAZZA) hal-hazırda Baş aşbaz köməkçisi (Sous Chef) vakansiyası aktivdir.

Namizədlər üçün tələblər:

  • Müvafiq sahədə 2-3 il təcrübə,
  • Ünsiyyətcil, təmizkarlıq, gülərüzlülük, pozitivlik kimi müsbət keyfiyyətlərə sahib olmaq,
  • İş vaxtı təmiz və nizamlı görünmək,
  • Müştərilərə diqqətli və səbrli davranış sərgiləmək,
  • Yüksək işgüzarlıq qabiliyyəti, punktuallıq və kollektivlə işləmək bacarığı,
  • Azərbaycan və rus dillərini bilmək. (İngilis dili arzu olunandır)

İş şəraiti:

  • İş günü həftədə 6 gün, İstirahət həftədə 1 gün,
  • Azərbaycan Respublikasının Əmək məcəlləsi əsasında rəsmiləşdirmə
  • Əmək haqqı və digər şərtlər müsahibə zamanı müzakirə olunacaq.

İş barədə məlumat:

  • Hazırlanan yeməklərin keyfiyyətli və sağlam olmasını, onların tələb olunan gigiyenik standartlara cavab verməsini təmin etmək.
  • Lazım olan ərzağın miqdarını və dəyərini hesablamaq, onun vaxtında çadırılmasına və tələb olunan standarta cavab verməsinə nəzarət etmək.
  • Sanitariya qaydalarına yüksək səviyyədə riayət etmək və mətbəxdə çalışan işçilərin standartlara riayət etdiyinə əmin olmaq məqsədilə təchiz edilən ərzağı, istifadə olunan avadanlıqları və mətbəxi daima təftiş etmək.
  • Aşpazları və mətbəxdə çalışan digər işçiləri daima təlimatlandırmaq, yemək hazırlamaq sahəsində olan yenilikləri və həmçinin yeni avadanlıqlardan istifadə qaydalarını onlara nümayiş etdirmək.
  • Göstərilən xidmətin keyfiyyətini yüksək səviyyədə qoruyub saxlamaq məqsədilə xüsusi təlimat hazırlamaq və düzgün iş bölgüsü aparmaq.
  • Digər işçilərlə birlikdə ilin fəslindən və tələb olunan ədvəların mövcudluğundan asılı olaraq resept və menyu hazırlamaq.
  • Aşpaz və yardımçı heyət də daxil olmaqla yeni işçi qəbul etdikdə, onları təlimatlandırmaq və istiqamətləndirmək.
  • Qiyməti müəyyənləşdirmək və müvafiq ərzaq sifariş etmək üçün satışa cavabdeh məsul şəxslə mütəmadi görüşmək
  • Müştərilərin sifarişinin düzgün yerinə yetirilməsi məqsədilə planlaşmanı, büdcəni və ərzağın alınması prosesini tənzimləmək.
  • Komanda şəklində özündən yuxarı vəzifədə olan idarəedici və digər həmkarları ilə yaxından əməkdaşlıq etmək;
  • Yeməklərin vaxtında hazır olmasını və gecikmədən mətbəxdən çıxmasını təmin etmək.

Maraqlanan şəxslər [email protected] poçt ünvanına CV formalarını göndərə bilərlər.

 

  • Daily21
  • Weekly532
  • Monthly1617