İş barədə məlumat:
- Mağaza daxilində təmizliyə və səliqəyə riayət etmək, gündəlik təmizlik işlərini həyata keçirmək;
- Personal üçün yemək bişirmək;
- Mağazada mövcud olan bütün avadanlıqları standartlara uyğun şəkildə təmiz, səliqəli və istifadəyə hazır vəziyyətdə saxlamaq;
- Müxtəlif təmizlik məhsulları və onların qənaətli istifadə qaydaları haqqında məlumatlı olmaq və məhsullardan düzgün istifadə etmək;
- Bütün əşya və mebelləri mütəmadi olaraq yoxlamaq, hər hansı zədələnmə və ya nasazlıq aşkar etdikdə nəzarətçiyə məlumat vermək;
- İtmiş və tapılmış əşyaları onlar haqqında ətraflı məlumatla birlikdə nəzarətçiyə təhvil vermək;
- Mağazanın 2 mərtəbədən və ümumilikdə 2000 m2 sahədən ibarət olduğunu nəzərə alaraq təmizlik işlərini müəyyən edilmiş standartlara uyğun və vaxtında yerinə yetirmək;
- Mağazanın ümumi görünüşünün daim təmiz, səliqəli və baxımlı olmasını təmin etmək.
Namizətlərə tələblər:
- Yaş: 30-50
- Sahə üzrə 1-3 ilə qədər təcrübə;
- Gigiyena haqqında məlumatlı olmaq;
- Ünsiyyət bacarıqlı və gülərüz.
İş şəraiti
- İş saatı: 10:00-18:30
- Ünvan: Əhməd Rəcəbli küç., 42A
- Əmək haqqı: 500 - 600 AZN (AR Əmək Məcəlləsinə uyğun müqavilə)
- İstirahət: 4 dəfə/ayda.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.