“LB Project” MMC “Layihə mühəndisi (Havaldnırma sistemləri üzrə)” vəzifəsi üzrə vakansiya elan edir:
Vəzifə öhdəlikləri:
- Obyektlər üzrə havalandırma və iqlim sistemlərinin (HVAC) layihə həllərinin hazırlanması.
- Layihə tapşırığına əsasən hava miqdarı balansının və kanal şəbəkəsinin hesablanması.
- Havalandırma və soyutma sistemlərinin texnoloji və memarlıq hissə ilə uyğunlaşdırılması.
- Layihə üzrə AutoCAD, Revit və ya digər layihələndirmə proqramlarında texniki çertyojların, planların və kəsiklərin hazırlanması.
- Digər mühəndislik bölmələri (elektrik, su, isitmə, memarlıq və s.) ilə koordinasiyalı işləmək.
- Layihələrin vaxtında yekunlaşdırılması və müvafiq dövlət orqanlarında ekspertiza üçün təqdim edilməsi.
Tələblər:
- Ali təhsil (Müvafiq sahə üzrə).
- Müvafiq sahə üzrə üzrə minumum 2 il iş təcrübəsi.
- Kompüter bilikləri – MS Office, AutoCAD.
- Tikinti norma və qaydalarına dair biliklər.
- Komanda ilə işləmək və effektiv ünsiyyət bacarığı.
İş şərtləri və təminatlar:
- İş qrafiki: Həftə içi 6 gün,
- Könüllü tibbi həyat sığortası.
- Korperativ mobil nömrə.
- Rəqabətli əmək haqqı (namizədin bilik və təcrübəsindən asılı olaraq müəyyən edilir).
- İş yeri ünvanı Bakı şəhəri Səməd Vurğun 43 World Business Center.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerinə “Layihə mühəndisi (Havalandırma sistemləri üzrə)” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.