Vəzifə öhdəlikləri:
- Layihələr üzrə smeta sənədlərinin hazırlanması, yoxlanılması və təhlili.
- Tikinti materiallarının və xidmətlərin bazar qiymətlərinin araşdırılması.
- Smeta sənədlərinin müvafiq normativlərə (SNİP, DBN, ARSM və s.) uyğun tərtib edilməsi.
- Layihənin maliyyə dəyərləndirilməsinin aparılması və büdcənin optimallaşdırılması.
- Podratçılar və təchizatçılarla qiymət danışıqlarında iştirak.
- Tikinti sahəsində görülən işlərin smeta sənədləri ilə uyğunluğunun yoxlanılması.
Tələblər:
- Ali təhsil (Tikinti mühəndisliyi, İqtisadiyyat və ya əlaqəli sahə)
- Tikinti sahəsində ən azı 1 il smeta mühəndisi kimi iş təcrübəsi.
- AutoCAD, MS Excel və smeta proqramları (SMETA AZ, Resurs,Norma və s.) üzrə biliklər.
- Tikinti normativləri və qiymətləndirmə qaydaları üzrə təcrübə.
- Komanda ilə işləmək və effektiv ünsiyyət bacarığı.
İş şərtləri və təminatlar:
- İş qrafiki: Həftə içi 6 gün,
- Könüllü tibbi həyat sığortası.
- Korperativ mobil nömrə.
- Rəqabətli əmək haqqı (namizədin bilik və təcrübəsindən asılı olaraq müəyyən edilir);
- İş yeri ünvanı Bakı şəhəri Səməd Vurğun 43 World Business Center
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerinə “Smeta mühəndisi” yazaraq Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.