L Leads Group Supply
  • 1.2K

Leads Group Supply

Commercial Services & Supplies

Baş Mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Baş Mühasib

  • Deadline 16 May 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş barədə məlumat:

  • Vergi məcəlləsinin və Milli Mühasibat Uçotu Standartlarının tələblərinə uyğun olaraq müəssisənin dəqiq uçotunun qurulması;
  • Maliyyə hesabatlarının (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlanması;
  • Vergi, DSMF, Statistika hesabatlarının təqdim olunması;
  • 1C (8.3) mühasibat proqramında ayın və ilin bağlanması ilə bağlı bütün reqlament əməliyyatlarını işləmək və dövrün bağlanılması;
  • Bank və kassa əməliyyatlarının düzgün aparılmasına nəzarət edilməsi;
  • Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
  • Əmək haqqı, məzuniyyət haqlarının hesablanması;
  • Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərin mal qalığının, vergi öhdəliklərinin , gəlir və xərclərinin və uçotunun həyata keçirilməsinə nəzarət etmək;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsinin təmin edilməsi;

İş şəraiti:

  • 5 günlük iş qrafiki
  • Əmək haqqı: 2000-2500 AZN
  • Karyera inkişafı imkanı
  • İş yeri Yasamal rayon, İnşaatçılar pr 20 ünvanında yerləşir 

Tələblər:

  • Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi
  • Yaş həddi; 25-35
  • Müvafiq sahədə sertifikatları üstünlükdür.
  • 1C-də işləmək bacarığı
  • Office proqramlarını bilməli
  • Dil bilikləri: Azərbaycan dilini mükəmməl bilməli, rus dili arzuolunandır
  • İşi planlamaq bacarığı
  • Aktivlik və dəqiqlik
  • Təşkilati, analitik bacarıqlar;
  • Yaş həddi 22-35 yaş arası

Elanı diqqətlə oxuyub yazılan kriteriyalara əsasən CV-lərinizi mövzu sətrində "Baş Mühasib" kimi qeyd edərək Müraciət Et butonunda qeyd olunan e-mail ünvanına göndərməyinizi xahiş edirik.

Tel: 012-510-11-83

  • Daily152
  • Weekly502
  • Monthly1255