Leads Group Supply Leads Group Supply
  • 124

Leads Group Supply

Tender üzrə aparıcı mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Tender üzrə aparıcı mütəxəssis

  • Deadline 17 Sentyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əmək haqqı: 1200-1600 Azn

Vəzifə öhdəlikləri

  • Tender proseslərinin tam idarə olunması (elanların monitorinqi, sənədlərin hazırlanması, iştirakın təmin edilməsi).
  • Tender sənədlərinin hazırlanması: Texniki tapşırıq (TT), qiymət cədvəlləri, komersiya təklifləri, bank zəmanətləri, müqavilə layihələri və s.
  • Təchizatçılardan qiymət təkliflərinin toplanması, müqayisəli cədvəllərin hazırlanması və analiz olunması.
  • Satınalma qanunvericiliyinə uyğun tender prosesinin icra edilməsi (kotirovka, açıq tender, bir mənbə və s.).
  • Daxili şöbələrlə (maliyyə, hüquq, təchizat, depo və s.) koordinasiyanın təmin edilməsi.
  • Tender komissiyası üçün əsaslandırmaların və hesabatların hazırlanması.
  • Vendorlarla danışıqların aparılması, qiymət optimallaşdırılması, risklərin azaldılması.
  • Tenderlə bağlı sual-sorğuların və şikayətlərin hazırlanması.
  • Tender sənədlərinin düzgün arxivləşdirilməsi.
  • Yerli və beynəlxalq tender bazarının monitorinqi, layihələrin araşdırılması.
  • Vendor bazasının genişləndirilməsi və təchizatçıların qiymətləndirilməsi.

Tələblər

Təhsil və təcrübə bilikləri

  • Yaş həddi; 23-40
  • Ali təhsil (İqtisadiyyat, Biznes, Menecment, Hüquq və ya əlaqəli sahələr).
  • Satınalma və tender sahəsində minimum 3–5 il iş təcrübəsi.
  • Dövlət satınalmaları ilə iş təcrübəsi (ASAN portal, 329 və 94 nömrəli qərarlar, “Satınalmalar haqqında Qanun”).
  • Beynəlxalq şirkətlərlə tender proseslərində təcrübə (üstünlükdür.

Peşəkar biliklər

  • Dövlət satınalmaları qanunvericiliyi, kotirovka, tender komissiyası qaydaları və bir mənbədən satınalma prosesi üzrə bilik.
  • Müqavilələrin hazırlanması və hüquqi risklərin qiymətləndirilməsi.
  • Tender büdcəsinin hesablanması, qiymət analizi, dəyər optimallaşdırması üzrə biliklər.
  • Texniki və kommersiya təkliflərinin hazırlanması üzrə praktiki bacarıqlar.
  • Excel bilikləri
  • İngilis dili və rus dilində peşəkar yazışmaların aparılması və danışıqların aparılması

Bacarıqlar

  • Güclü analitik düşüncə və detallara diqqət.
  • Üstün yazılı və şifahi ünsiyyət bacarığı.
  • Danışıqlar aparmaq və qarşı tərəfi inandırmaq bacarığı.
  • Operativlik və vaxtın düzgün idarə olunması.
  • Komanda ilə işləmək və paralel layihələri idarə etmək bacarığı.
  • Yüksək məsuliyyət və təşəbbüskarlıq.

Üstünlüklər

  • Beynəlxalq tender platformaları üzrə təcrübə (UN, WB, ADB,   bp.com, Ariba və s.) arzuolunandir
  • Sənaye avadanlıqları, texniki məhsullar və materiallar üzrə biliklər arzuolunandir
  • Xarici təchizatçılarla iş təcrübəsi.
  • İngilis və rus dillərində sərbəst ünsiyyət.

Təklif edilir

  • Rəqabətli əmək haqqı (müsahibə zamanı müəyyən ediləcək).
  • Bonus sistemi və motivasiya paketləri.
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanı.
  • Stabil iş mühiti və güclü korporativ komanda.

Elanı diqqətlə oxuyub yazılan kriteriyalara əsasən CV-lərinizi mövzu sətrində "Tender üzrə aparıcı mütəxəssis" kimi qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

Əlaqə +994 55 203 49 35

  • Daily0
  • Weekly121
  • Monthly1306