L Leads Group Supply
  • 818

Leads Group Supply

Təchizat xidmətləri

Xarici satınalma üzrə mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Xarici satınalma üzrə mütəxəssis

  • Deadline 1 May 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti

  • Əmək haqqı; Müsahibə əsasında əməkdaşın bilik, bacarıq və təcrübələrilarına əsasən müəyyən ediləcəkdir
  • Iş təcrübəsi; 1 ildən 3 ilə qədər
  • Tel.; 012-510-11-83

Namizədə olan tələblər: 

  • Ali təhsil;
  • Yaş həddi; 25-35
  • Satınalma sahəsində minimum 2 il iş təcrübəsi olmalı; 
  • Azərbaycan dili səlis, rus və ingilis dilini əla səviyyədə bilməli;
  • Microsoft Excel proqramını yüksək səviyyədə bilməli;
  • Satınalma sahəsi üzrə sertifikatların olması üstünlükdür;
  • “İncoterms” qaydaları üzrə biliklərə sahib olmalı.

Vəzifə öhdəlikləri:  

  • Bazarın təhlili, tələb olunan materialların xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlil edilməsi;
  • Satınalma sifarişlərinin idarə edilməsinin həyata keçirilməsi (sifariş analizi, yerləşdirmə, nəzarətdə saxlama, hesabat hazırlama və sifarişin bağlanması);
  • Satınalmanın daxili prosedura uyğun  təşkili, son istifadəçidən gələn sorğular əsasında müvafiq kateqoriyaya uyğun mal-materialların şirkətin və qrupun qaydalarına uyğun şəkildə vaxtında və sərfəli satın alınması;
  • Sifarişçi və ya son istifadəçi (daxili müştəri) ilə texniki və büdcə məsələlərində sıx əməkdaşlıq edilməsi, onlarla müntəzəm görüşlər təşkil edərək xərclərin optimallaşdırılması məqsədilə mümkün texniki alternativlərin müzakirə edilməsi;
  • Təkliflər sorğusu (RFP) və məlumat sorğusunun (RFI) hazırlanaraq təchizatçılara göndərilməsi, təkliflərin alınması, təchizatçılarla müvafiq dəqiqləşdirmə və danışıqların aparılması, tələb olunarsa, daxili müştərilərin də iştirakı ilə onlarla görüşlərin keçirilməsi;
  • Potensial satınalmaçılar arasında ən yaxşı təklifi müəyyən etmək üçün qiymətlərin, texniki şərtlərin və çatdırılma tarixlərinin müqayisə edilməsi;
  • Dəqiqliyi, terminləri və texniki şərtləri yoxlamaq üçün sifarişlərin nəzərdən keçirilməsi;
  • Müqavilələrin hazırlanmasının təşkili, müqavilə və ödəniş şərtlərinin müəyyən olunması və nəzarətdə saxlanılması, hesabatların hazırlanması və təqdim edilməsi.

Elanı diqqətlə oxuyub yazılan kriteriyalara əsasən CV-lərinizi mövzu sətrində " Xarici satınalma üzrə mütəxəssis" kimi qeyd edərək e-mail ünvanına göndərməyinizi xahiş edirik

  • Daily31
  • Weekly185
  • Monthly763