Təhsil sahəsində dinamik və nəticəyönümlü satış təmsilçisi axtarırıq. Əgər insanlarla ünsiyyət qurmağı sevirsinizsə, satış hədəfləri sizi motivasiya edirsə və inkişaf yönümlü mühitdə çalışmaq istəyirsinizsə – sizi komandamızda görmək istərik.
İş şəraiti:
- Şəhər: Bakı
- İş qrafiki: Tam ştat
Əsas vəzifələr:
- Potensial tələbələrlə əlaqə saxlamaq və məlumatlandırmaq
- Gələn müraciətlərin (lead) operativ idarə olunması
- Təlim proqramlarının təqdimatı və satışın bağlanması
- Follow-up prosesinin düzgün aparılması
- Satış planının icrası və nəticələrin izlənməsi
- CRM sistemində məlumatların düzgün qeyd olunması
Tələblər:
- Satış sahəsində minimum 1 il təcrübə (təhsil sektoru üstünlükdür)
- Güclü ünsiyyət və təqdimat bacarığı
- Nəticəyönümlü və məsuliyyətli yanaşma
- Komanda ilə işləmək bacarığı
- MS Office və ya CRM sistemləri ilə işləmə bacarığı
Təklif edirik:
- Sabit maaş + bonus sistemi
- İnkişaf və karyera yüksəlişi imkanı
- Dinamik və dəstəkçi komanda mühiti
- Təhsil sektorunda brend şirkətdə işləmək imkanı
CV-lərinizi Müraciət Et düyməsində göstərilən link vasitəsilə göndərə bilərsiniz.