Hazırda komandamıza dinamik, özünəgüvənən satış menecerlərini axtarırıq.
Öhdəliklər
- Yeni korporativ müştərilərin axtarışı, potensial müştəri bazasının genişləndirilməsi
- Mövcud müştərilərlə davamlı əlaqələrin saxlanılması və inkişaf etdirilməsi
- Müştəri ehtiyaclarının öyrənilməsi və onlara uyğun həllərin təklif edilməsi
- Şirkətin məhsul və xidmətlərini korporativ müştərilərə təqdim etmək
- Satış təqdimatları, görüşlər, demo və təqdimatların hazırlanması və keçirilməsi
- Qiymət təkliflərinin hazırlanması, müqavilə şərtlərinin razılaşdırılması
- Satış planının yerinə yetirilməsi, aylıq və rüblük satış hədəflərinə nail olunması
- Bazar trendlərini izləmək
- Müştəri davranışlarını və trendləri analiz edərək satış strategiyasına töhfə vermək
- Satış fəaliyyətləri barədə gündəlik/həftəlik/aylıq hesabatların hazırlanması
- CRM sistemində məlumatların dəqiq və vaxtında yenilənməsi
- Müştəri sorğularını cavablandırmaq, şikayətləri operativ şəkildə həll etmək
- Brend standartlarına uyğun təqdimat və davranış
- Şirkəti tədbirlərdə, sərgilərdə və biznes görüşlərində peşəkar şəkildə təmsil etmək
Tələblər
- Təcrübə: Korporativ satış sahəsində minimum 2-3 il iş təcrübəsi (tədbir təşkilatçılığı sahəsi üstünlükdür).
- Dil bilikləri: Azərbaycan dili (səlis şifahi və yazılı), İngilis dili (orta-yuxarı səviyyədə şifahi və yazılı), Rus dili biliyi (üstünlükdür).
- Ünsiyyət bacarığı: İşgüzar ünsiyyət etikası, səlis və inandırıcı danışıq bacarığı, təqdimat bacarığı, etirazlarla işləmə və əsaslandıra bilmək bacarığı.
Biz nə təklif edirik?
- Əmək haqqı: 800-1000 AZN (bacarıqlara əsasən) sabit əmək haqqı + hədəf əsaslı satış bonusları + performans əsaslı KPI bonusları;
- Korporativ nömrə və noutbuk
- Praktiki və korporativ satış üzrə peşəkar təlim
Müraciət qaydası:
CV-lərinizi “Mövzu” hissəsində ”Satış meneceri” qeyd etməklə Müraciət Et düyməsində göstərilən e-mail ünvanına göndərməyiniz xahiş olunur.