Şirkət sahəsi: Tikinti şirkəti
İş yeri - Özbəkistan Boysun
Namizədə tələblər:
- 22 – 35 yaş aralığı
Vəzifə öhdəlikləri:
"Pul vəsaitlərinin hərəkəti", "Mənfəət və zərər", "Balans" hesabatlarının tərtib edilməsində iştirak etmək (aylıq, rüblük, illik)
- Bank əməliyyatlarının uçotunu təşkil etmək.
- Borcların uçotunu təşkil etmək, nəzarət etmək.
- Debitor və kreditor uçotunu təşkil etmək, nəzarət etmək.
- Əmək haqqı hesablanmasını təşkil etmək, nəzarət etmək.
- Kassa hesabatlarını yoxlamaq və Baş mühasibə təqdim etmək.
- Əsas vəsaitlərin uçotunu təşkil etmək. Amortizasiya hesablamaq.
- İstehsal uçotunu təşkil etmək, nəzarət etmək.
- Xərclərin uçotuna nəzarət etmək. Aylıq, rüblük, illik hesabatları təşkil etmək, yoxlamaq və Baş mühasibə təqdim etmək.
- Yanacaq, ehtiyat hissəsi, xammal və sair aktivlərin sərfiyyatına nəzarət etmək. Hesabatları toplamaq və Baş mühasibə təqdim etmək.
- Material uçotunu təşkil etmək, nəzarət etmək.
- Nəqliyyat tabelini qəbul etmək, yoxlamaq.
- Pul vəsaitlərinin, anbarın, əsas vəsaitlərin, hazır məhsulun, xammalın, debitor-kreditorun və sair aktivlərin inventarizasiyasını təşkil etmək.
- Yuxarıda sadalanan bütün əməliyyatların proqram təminatında (Logo Tiger) işlənilməsinə dəstək və nəzarət.
İş şəraiti
- Əmək haqqı: 1500 – 2000 USD
- İş qrafiki: 6 günlük
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.