Bankın illik və üçillik büdcəsinin hazırlanması
- Maliyyə modeli hazırlanmasında, gəlir və xərclərin planlaşdırılmasında iştirak;
- Büdcənin əsas fərziyyələrinin bankın struktur bölmələri ilə razılaşdırılması;
- Büdcənin icrasının nəzarəti, sapmaların analizi və düzəldici tədbirlər üzrə tövsiyələrin hazırlanması.
Maliyyə göstəricilərinin analizi
- Məhsul və biznes istiqamətlərinin gəlirliliyinin analizi;
- Artım faktorlarının müəyyənləşdirilməsi, optimallaşdırma və səmərəliliyin artırılması sahələrinin aşkar edilməsi;
- Gəlir, xərclər və KPI-lər üzrə məlumatların toplanması, sistemləşdirilməsi və analizi;
- İdarəetmə qərarları üçün analitik nəticələrin və təkliflərin hazırlanması.
Bankın struktur bölmələri ilə əməkdaşlıq
- Məlumatların toplanması və xərclərin planlaşdırılmasında marketinq, satış, əməliyyatlar və IT şöbələri ilə əməkdaşlıq;
- Daxil edilən məlumatların düzgünlüyünü və gəlir-xərc planlarının uyğunluğunu təmin etmək;
- Biznes bölmələr səviyyəsində maliyyə nəzarət proseslərinin dəstəklənməsi.
Hesabatların və təqdimatların hazırlanması
- Məsləhətləşmələr, strateji sessiyalar və idarə heyəti üçün təqdimatların hazırlanması.
Namizədə tələblər:
- Maliyyə, iqtisadiyyat, mühasibatlıq və ya idarəetmə sahəsində ali təhsil;
- Maliyyə analizi, büdcələşdirmə və ya hesabatlıq sahəsində iş təcrübəsi (bank sektorunda təcrübə arzuolunandır);
- Excel və BI alətləri üzrə yüksək səviyyəli biliklər, maliyyə sistemlərində iş təcrübəsi;
- Böyük həcmli məlumatlarla işləmək və məzmunlu nəticələr çıxarmaq bacarığı;
- Diqqətlilik, məsuliyyət və nəticəyə yönəlmə;
- Yaxşı ünsiyyət bacarıqları, müxtəlif struktur bölmələrdən həmkarlarla əməkdaşlıq qabiliyyəti;
- Top-menecment üçün hesabat və təqdimatlar hazırlamaq bacarığı.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.