Namizədə tələblər
- Yaş həddi: 25–50 yaş;
- BC kateqoriyalı sürücülük vəsiqəsi;
- Satış şirkətlərində yük avtomobili sürücüsü kimi 1–3 il iş təcrübəsi;
- Ünsiyyət qurmaq bacarığı;
- Diqqətli, məsuliyyətli və intizamlı olmaq.
Əsas vəzifə öhdəlikləri
- Avtonəqliyyat vasitəsini istismar təlimatlarına və qüvvədə olan yol hərəkəti qaydalarına uyğun idarə etmək;
- Nəqliyyat vasitəsinin təmizliyini və texniki vəziyyətinə nəzarəti təmin etmək;
- Sifarişlərə uyğun olaraq məhsulların anbardan avtomobilə yüklənməsində iştirak etmək və qaimələr əsasında məhsulların düzgünlüyünü yoxlamaq;
- Məhsulları təyin edilmiş ərazi üzrə satış nöqtələrinə vaxtında və təhlükəsiz çatdırmaq;
- Şirkətdaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik və sanitariya-gigiyena norma və qaydalarına riayət etmək.
İş şəraiti
- İş ünvanı: Əlişir Nəvai küçəsi 17
- İş qrafiki: 5 günlük iş rejimi
- Əməkhaqqı: 600 AZN
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Mövzu hissəsində: “Yük avtomobili sürücüsü” qeyd edilməlidir.