Namizədə tələblər:
- İş təcrübəsi 3 ildən 5 ilə qədər, ali təhsilli.
- Əla səviyyədə azərbaycan dili bilikləri;
- Satış sahəsində bilik və bacarıqların yüksək səviyyədə olması;
- İdarəetmə bacarığı və müvəffəqiyyətli şəxsi satış təcrübəsi;
- Strateji qərarlar qəbul etmək və nəticələrə görə məsuliyyət daşımaq;
- Yüksək liderlik və danışıq qabiliyyətinin olması;
- Yaş həddi 25-45 yaş arası;
- Şəxsi avtomobili olanlara üstünlük verilir.
Əsas vəzifə öhdəlikləri:
- Satış planları və hədəflərinə nail olmaq üçün satış təmsilçilərinin idarə edilməsi;
- Müştəriləri cəlb etmək üçün kommersiya təkliflərinin hazırlanması. Müştəri bazasının inkişafı və yeni məhsulların təbliği;
- Bölmə və əsas müştərilər tərəfindən satış planlaşdırılması, əsas müştərilərlə ticarət danışıqlarının aparılması;
- Qiymət siyasətinin formalaşdırılması, satışın təhlili və sənədlərin idarə edilməsi. Həftəlik və aylıq satış hesabatlarının hazırlanması;
- Müştəri debitor borclarının idarə edilməsi;
- Distribütorların və satış nöqtələrinin ziyarət edilməsi
- Regionlarda yaşayan namizədlərə üstünlük veriləcəkdir
- Mütəmadi olaraq ezam olunacaq
İş şəraiti:
- Ünvan: Babək pr, Əlişir Nəvai 17
- İş qrafiki - həftədə 5 günlük iş rejimi
- Əmək haqqı - 1000 azn +( aylıq bonus)
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərə və ya 010-228-00-21 nömrəsi ilə əlaqə saxlaya bilər..