Əsas vəzifə öhdəlikləri
- 1C: Kompleks Avtomatlaşdırma (1C: KA) proqramında sənədlərin daxil edilməsi, işlənməsi və düzgün aparılmasını təmin etmək;
- İlkin mühasibat sənədlərinin 1C sisteminə vaxtında və düzgün daxil edilməsi;
- Mal və xidmətlərin mədaxil və satış sənədlərinin rəsmiləşdirilməsi;
- Müştəri və təchizatçı sifarişlərinin sistemdə işlənməsi;
- Nomenklatura, kontragentlər və müqavilələr üzrə məlumatların sistemdə aparılması;
- Malların qalıqlarının və dövriyyəsinin sistem üzrə yoxlanılması;
- Sənədlərdə aşkar edilmiş uyğunsuzluq və səhvlərin müəyyən edilməsi və düzəldilməsi;
- Anbar, mühasibatlıq, satış şöbəsi və digər struktur bölmələrlə koordinasiyalı fəaliyyət göstərmək;
- Sistemə daxil edilən məlumatların düzgünlüyünü və tamlığını yoxlamaq;
- Zəruri məlumat və hesabatların hazırlanmasında iştirak etmək.
Namizədə tələblər
- Ali təhsil;
- 1C proqramı üzrə minimum 6 ay iş təcrübəsi;
- 1C: Kompleks Avtomatlaşdırma (1C: KA) proqramında işləmək bacarığı;
- İlkin mühasibat sənədləri ilə işləmə bacarığı;
- Mal və xidmətlərin mədaxil və satış sənədlərinin rəsmiləşdirilməsi üzrə bilik;
- Nomenklatura, kontragentlər və müqavilələrlə işləmək bacarığı;
- MS Excel proqramından istifadə bacarığı;
- Diqqətli, məsuliyyətli və dəqiq olmaq;
- Məlumatlarla operativ işləmək və struktur bölmələrlə effektiv ünsiyyət qurmaq bacarığı.
Uyğun namizədlər cv-lərini göndərə bilərlər.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.