Şirkətimizdə SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya açıqdır.
Əsas vəzifələr:
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək;
- İş yerlərində təhlükəsizlik üzrə monitorinqlər aparmaq;
- Mövcud riskləri müəyyən etmək və onların qarşısının alınması üzrə tədbirlər hazırlamaq;
- SƏTƏM üzrə təlim və təlimatlandırmaları təşkil etmək;
- Hadisələrin və təhlükəli halların araşdırılmasında iştirak etmək;
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə sənədləşməni aparmaq;
- Aşkarlanmış uyğunsuzluqların aradan qaldırılmasına nəzarət etmək;
- Rəhbərliyə müvafiq hesabatlar təqdim etmək.
Namizədə tələblər:
- SƏTƏM, əməyin mühafizəsi, texniki təhlükəsizlik və ya uyğun sahə üzrə ali təhsil;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydaları üzrə biliklər;
- MS Office proqramlarında işləmək bacarığı;
- Məsuliyyətli, diqqətli və operativ olmaq;
- Komandada işləmək bacarığı.
CV-nizi mövzu hissəsində “SƏTƏM üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.