“Lider Avto” şirkəti vakansiya elan edir: Sürücü
Vəzifə öhdəlikləri:
- Nəqliyyat vasitəsini təhvil-təslim aktı vasitəsilə ilə qəbul etmək;
- Nəqliyyat vasitəsinin saz vəziyyətdə saxlanmasına nəzarət etmək;
- Yüklərin təhlükəsiz və vaxtında daşınmasını həyata keçirmək;
- Yüklərin düzgün yerləşdirilməsini, bərkidilməsini və boşaldılmasını icra etmək;
- Verilmiş qrafikə uyğun şəkildə tapşırılan istiqamətdə hərəkət etmək;
- Yanacaq sərfiyyatına və avtomobilin qənaətli istifadəsinə nəzarət etmək;
- Avtomobildə olan sənədlərin (texniki pasport, sığorta, texniki baxış, etibarnamə və s.) qaydasında olmasını təmin etmək;
- Ərazidə və yol hərəkəti zamanı təhlükəsizlik qaydalarına riayət etmək;
- Avtomobildə baş verən bütün texniki nasazlıqları vaxtında bildirmək;
- Avtomobilin təmiz və səliqəli saxlanmasını təmin etmək;
- Yükün təhvil-təslimi ilə bağlı sənədləşməni icra etmək.
Tələblər:
- Sürücülük vəsiqəsi “B” kateqoriyalı (BC üstünlük)
- Sürücü kimi ən azı 3-5 il iş təcrübəsi
- Hərbi xidməti bitirmiş olsun
- Yaş həddi 35-55
- Ünsiyyət qurma bacarığı, gülərüz, səliqəli görünüş.
İş şərtləri:
- İş qrafiki: Həftədə 6 gün
- Əmək haqqı: 500 Azn (net)
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz şəkilli CV-lərini məktubun mövzu hissəsində “Sürücü” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.