Vəzifə öhdəlikləri:
- Həkimin rəhbərliyi altında laboratoriya tədqiqatlarının aparılmasında iştirak etmək;
- Tədqiqatların icrası üçün laboratoriya cihazlarının, reaktivlərin, kimyəvi qab-qacağın, bəsləyici mühitlərin və dezinfeksiyaedici məhlulların hazırlanmasını təmin etmək;
- Laboratoriyaya daxil olan materialların qəbulunu və qeydiyyatını aparmaq, düzgün qablaşdırılmasını və vaxtında çatdırılmasını nəzarətdə saxlamaq;
- Laboratoriya alətləri, qabları və materiallarının sterilizasiyasını həyata keçirmək;
- Təhlükəsizlik texnikası və istehsalat sanitariyası qaydalarına riayət etmək;
- Aparılan tədqiqatların nəticələrini həkimə təqdim etmək.
Tələblər:
- Müvafiq sahə üzrə orta ixtisas və ya ali təhsil;
- Laboratoriya sahəsində iş təcrübəsi arzuolunandır;
- Dəqiqlik, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı;
- Sanitariya-gigiyena qaydalarını bilmə və tətbiq etmə bacarığı.
Əmək haqqı:
- Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq.
- Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
İş rejimi:
- Növbəli
Müraciət üçün:
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Laborant” qeyd edərək Müraciət Et düyməsində göstərilən mail ünvanına göndərmələri xahiş olunur.