LLS MMC Elektrik vakansiyası elan edir!
Tələblər:
- Müvafiq sahə üzrə peşə və ya Ali təhsil
- Bu sahə üzrə minimum 3 il iş təcrübəsi
- 1000 V-dan yuxarı elektrik qurğuları ilə işləmə icazəsi
- Elektrik sahəsinə aid təhlükəsizlik qaydalarını bilməli
Vəzifələr:
- Elektrik işlərinin normativ qaydalara müvafiq və düzgün aparılmasına nəzarət etmək;
- Elektrik avadanlıqlarının, sistemlərinin səmərəli və təhlükəsiz fəaliyyətini təmin etmək;
- Transformatorun izolyasiya müqavimətinin yoxlanılması və sənədləşdirilməsini təmin etmək;
- Cərəyan transformatorlarının əmsalının və birləşmə sxemlərinin yoxlanılması;
- Gərginlik transformatorlarının sınağı və s.
Əlavə məlumat:
- İş rejimi - 5 günlük
- Əmək haqqı - Razılaşma əsasında
- Ünvan: Əhməd Rəcəbli 276
Mövzu hissəsinə “Elektrik” qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.