AZMADE GROUPa daxil olan LLS MMC Elektrik vakansiyası elan edir!
Namizədə dair tələblər:
- Elektrik sahəsi üzrə təhsil;
- 1000 V-dan yuxarı elektrik qurğularında işləmə icazəsi(4-cü qrup)
- Yüksəklikdə işləmə bacarığı və yaxşı fiziki hazırlıq;
- Komanda daxilində işləmək və ünsiyyət bacarığı.
Vəzifə öhdəlikləri:
- Elektrik avdanlıqlarının, sistemlərinin mütəmadi yoxlanılması və texniki baxışı;
- Nasazlıqların aşkarlanması və aradan qaldırılması;
- Əsaslı təmirdən sonra müxtəlif güclü elektrik mühərriklərinin, aparatlarının və transformatorların kompleks sınağı və test edilməsi;
- Təmir edilmiş elektrik avadanlıqlarının istismara təhvil verilməsi;
- Rəhbərlik tərəfindən həvalə olunan digər aidiyyəti tapşırıqların yerinə yetirilməsi və mütəmadi qaydada hesabatların verilməsi.
İş şərtləri və üstünlüklər:
- Əmək haqqı: Razılaşma əsasında
- İş qrafiki: 5 günlük iş həftəsi (08:00–17:00)
- Rəqabətədavamlı və stabil iş mühiti
- Peşəkar inkişaf və öyrənmə imkanlarıı
Ünvan: Bakı, Əhməd Rəcəbli 276/Yeni Elçin Əfəndiyev küçəsi (Elit ticarət mərkəzinin yaxınlığı)
Mövzu hissəsinə “Elektrik” qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.