Təchizat üzrə menecer vakansiyası elan edir!
Şirkət: AZMADE GROUPa daxil olan LLS MMC
Namizədə dair tələblər:
- Ali təhsil (müvafiq sahə üzrə olması üstünlükdür);
- Təchizat sahəsində minimum 5 il iş təcrübəsi;
- MS Office və 1C proqramlarında sərbəst işləmək bacarığı;
- Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Analitik düşünmə, danışıqlar aparma və təqdimat bacarıqları;
- Komanda ilə işləmək və liderlik qabiliyyəti.
Vəzifə öhdəlikləri:
- Təchizat proseslərinin idarə olunması və komanda işinin təşkili;
- Tədarükçülərin araşdırılması, seçilməsi və effektiv əməkdaşlıq münasibətlərinin qurulması;
- Müqavilələrin bağlanması, icrasında olan sənədlərin dövriyyəsinə nəzarət edilməsi;
- Sifariş olunan malların vaxtında və tələblərə uyğun şəkildə təhvil alınmasının təmin edilməsi;
- Tələb edilən hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Mövcud proseslərin təhlili və optimallaşdırılması üzrə təkliflərin verilməsi.
İş şərtləri və üstünlüklər:
- Rəqabətli əmək haqqı (namizədin təcrübə və bacarıqlarına uyğun olaraq müəyyən edilir);
- İllik bonus sistemi, karyera inkişafını dəstəkləyən təlim və inkişaf proqramlarında iştirak imkanı;
- Stabil və inkişaf yönümlü şirkətdə uzunmüddətli əməkdaşlıq perspektivi;
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00–18:00);
- İş yeri: Əhməd Rəcəbli 276/ yeni Elçin Əfəndiyev küçəsi (Elit Ticarət Mərkəzinin yaxınlığı)
Mövzu hissəsinə “Təchizat üzrə menecer” qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Mövzu hissəsi boş olan cv-lərə baxılmayacaq.