Satış təmsilçisi - Gəncə şəhəri

  • Истекает 11 декабрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Şirkətimiz Gəncə şəhərində satış fəaliyyətinin inkişafına, mövcud satış nöqtələrinin effektiv idarə olunmasına və yeni tərəfdaşların cəlb edilməsinə dəstək göstərəcək Satış təmsilçisi axtarır.

Namizədlərin Gəncə şəhərində daimi yaşaması mütləqdir.

İş şəraiti

  • İş qrafiki: 5 günlük iş həftəsi, 09:00 – 18:00
  • Əmək haqqı müsahibə zamanı müzakirə olunur:
  • Əlavə təminatlar: Bonus sistemi, yemək xərclərinin qarşılanması, mobil rabitə təminatı, xidməti avtonəqliyyət.

Əsas vəzifə öhdəlikləri:

  • Təyin olunmuş ərazidə satış hədəflərinə nail olmaq və satış göstəricilərini artırmaq;
  • Mövcud satış nöqtələri ilə əməkdaşlığı inkişaf etdirmək və yeni satış nöqtələrini cəlb etmək;
  • Satış nöqtələrinə mütəmadi səfərlər etmək, satış fəaliyyətini və məhsul ehtiyatlarını izləmək;
  • Agentlərə məhsullar, oyunlar, terminallar və satış mexanizmləri üzrə məlumat və təlim vermək;
  • Satış nöqtələrində şirkət standartlarına, ticarət marketinqi və POP materiallarının yerləşdirilməsi qaydalarına riayət olunmasına nəzarət etmək;
  • Agentlərdən daxil olan müraciət və şikayətləri araşdırmaq, həlli istiqamətində tədbirlər görmək;
  • Satış nəticələrini təhlil etmək və müvafiq hesabatları hazırlamaq;
  • Yeni layihələrin və satış təşviqi proqramlarının həyata keçirilməsində iştirak etmək.
  • Təyin olunmus ərazi üzrə rout ziyaretini icra etmek;
  • Təyin olunmus ərazi üzrə satis nöqtələrinin  is fealiyetine nezaret;

Namizədə tələblər:

  • Satış sahəsində minimum 2 il iş təcrübəsi;
  • Ali təhsil (üstünlükdür);
  • MS Office proqramları və CRM sistemləri ilə işləmə bacarığı;
  • Güclü ünsiyyət, təqdimat və təşkilatçılıq bacarıqları;
  • Analitik düşünmə və problem həll etmə qabiliyyəti;
  • Nəticəyönümlülük, yüksək motivasiya, məsuliyyətlilik və komandada işləmə bacarığı;
  • B kateqoriyalı sürücülük vəsiqəsi və minimum 2 illik sürücülük təcrübəsi;
  • Mükəmməl təşkilatçılıq və təqdimat bacarıqları; 
  • Dəyişikliklərə tez adaptasiya

Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Satış təmsilçisi – Gəncə” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. 

  • Daily120
  • Weekly158
  • Monthly742