LPP Azerbaijan LPP Azerbaijan
  • 720

Mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühasib

  • Deadline 10 Aprel 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Struktur bölmə: Maliyyə / Mühasibatlıq şöbəsi

Vəzifə öhdəlikləri:

  • Mühasibat uçotu üçün zəruri məlumatların toplanması məqsədilə şirkətin müxtəlif struktur bölmələri (mağazalar, idxal, HR və s.) ilə əməkdaşlıq edilməsi və müvafiq məlumatların hazırlanması;
  • Təchizatçılardan daxil olan invoysların və xərclərə dair məlumatların toplanması, xərclərin mağazalar və departamentlər üzrə bölüşdürülməsi üçün məlumatların hazırlanması;
  • Satış sistemindən satış məlumatlarının çıxarılması və mühasibatlıq üçün müvafiq hesabatların hazırlanması;
  • Kassa aparatlarının Z-hesabatlarının satış sistemi məlumatları və bank daxilolmaları ilə uzlaşdırılmasına dəstək göstərilməsi;
  • İdxal departamenti ilə əməkdaşlıq edərək idxal olunan mallar və gömrük bəyannamələri üzrə məlumatların toplanması;
  • İcarə müqavilələri üzrə ödənişlər və xərclər haqqında icmal cədvəllərin hazırlanması;
  • Obyekt kodlarının alınması məqsədilə icarə müqavilələrinin uyğunluğunun yoxlanılması;
  • İcarədarlar tərəfindən təqdim olunan xərclərin (icarə haqqı, elektrik enerjisi, qaz və digər kommunal xidmətlər) izlənilməsi və nəzarəti;
  • Mağaza menecerləri tərəfindən təqdim olunan həftəlik iş vaxtı cədvəllərinin (timesheet) toplanması və düzgünlüyünə nəzarət edilməsi;
  • İşçilərin məzuniyyət, xəstəlik və digər səbəblərlə işdə olmaması barədə məlumatların toplanması və mühasibatlığa təqdim edilməsi;
  • POS-terminal vasitəsilə ödəniş edilmiş və sonradan qaytarılmış mallar və ya artıq ödəniş halları üzrə müştərilərə vəsaitlərin geri qaytarılması prosesinin izlənilməsi;
  • QR kodların işləmədiyi hallarda ƏDV geri al çekləri üzrə follow-up aparılması;
  • İşçilər üçün yeni əməkhaqqı bank kartlarının sifarişi ilə bağlı müraciətlərin hazırlanması;
  • Ezamiyyə və digər xərclər üzrə təhtəlhesab hesabatlarının və müvafiq təsdiqedici sənədlərin (çeklərin) toplanması;
  • Mağazalarda malların silinməsi üçün sənədlərin hazırlanması, silinmə aktlarının tərtibində iştirak və silinmə prosesinə nəzarətdə iştirak;
  • Mühasibat sənədlərinin skan edilməsi, sistemləşdirilməsi və arxivləşdirilməsi;
  • Mühasibatlıq şöbəsi tərəfindən verilən digər tapşırıqların icrası

Tələblər:

  • İqtisadiyyat, maliyyə və ya mühasibatlıq sahəsində ali təhsil;
  • Mühasibatlıq, maliyyə sahəsində3 ildən az olmayan I təcrübəsi
  • MS Office proqramları ilə (xüsusilə MS Excel) işləmək üzrə bilikləri;
  • Məlumatların toplanması üçün şirkətin müxtəlif struktur bölmələri ilə əməkdaşlıq bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili — əla, ingilis dili — orta səviyyə (Intermediate);

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly161
  • Monthly732