Əsas vəzifələr:
- Məhsulların anbara qəbulu, miqdarının, keyfiyyətinin və müşayiətedici sənədlərə uyğunluğunun yoxlanılması.
- Məhsulların saxlanma qaydalarına uyğun olaraq anbardaxili zonalar üzrə yerləşdirilməsi.
- Anbarda səliqə-səhmanın təmin olunması və qorunub saxlanılması.
- Sorğulara uyğun olaraq məhsulların yığılması, qablaşdırılması və təhvil verilməsi.
- Sklad uçotunun daxili proqram vasitəsilə aparılması.
- Müntəzəm inventarizasiyaların keçirilməsi, sayımlarda iştirak.
- Qalıqların nəzarətdə saxlanılması və çatışmazlıq və ya artıq məhsul aşkarlandığı halda rəhbərliyin məlumatlandırılması.
- Müşayiətedici sənədlərin (qaimə, akt və s.) hazırlanması.
- Məhsulların qorunmasının və saxlanma şəraitinə uyğunluğunun təmin edilməsi.
- Kuryerlər, təchizatçılar və şirkətin digər şöbələri ilə əməkdaşlıq.
Tələblər:
- Anbarda iş təcrübəsi ən azı 1 il (arzuolunandır).
- Sklad uçotu qaydaları və müşayiətedici sənədlər haqqında məlumatlı olmaq.
- Məsuliyyətli, diqqətli və səliqəli olmaq.
- Fiziki işə hazır olmaq və iş tempinə uyğunlaşmaq bacarığı.
- Komanda ilə işləmək və müddətlərə riayət etmək bacarığı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.