Vəzifə öhdəlikəri:
- Mətbəxdə hazırlanan hər bir məhsulu reseptlərinə uyğun və vaxtında hazırlamaq.
- Gigiyena və təmizliyə cavabdeh olmaq.
- Sex müdiri və aşpaz tərəfindən verilən vəzifə və öhdəlikləri vaxtında yerinə yetirmək.
- Açılış və bağlanış gigiyena və qida qaydalarına uyğun hərəkət etmək və insan sağlamlığına təhlükə yarada biləcək hər cür davranış və vəziyyətdən uzaq olmaq.
- Problem ilə qarşılaşdıqda sex müdiri və aşpazdan dəstək almaq.
- Qida və ərzaq hazırlayan və ya xidmət edən işçilərə komponentləri hazırlamaq və kömək etmək məqsədilə başqa işlər
- Qida məhsullarının keyfiyyətinə və təmizliyinə nəzarət etmək.
- Mətbəx avadanlıqlarından düzgün istifadə və onların təmiz saxlanılması.
- Verilən tapşırıqları dəqiq və məsuliyyətlə yerinə yetirmək.
- Müəssisənin yeməkxananın mətbəxində yeməklərin hazırlanma prosesində iştrak edilməsi: tərəvəzlərin doğranılması, salatların hazırlanması və qablara düzülməsi və saiır kimi işlərin görülməsi.
Tələblər:
- Ən az orta peşə ixtisasının olması arzuolunandır
- Mətbəx təcrübəsinin olması arzuolunandır
- Sərbəst ifadə, problemə düzgün yanaşma və həll etmə qabiliyyəti
- Mətbəxdə işləməyə həvəsin olması
- Yeni və fərqli komandada işləmək həvəsi
- Yenilikləri öyrənib tətbiq etmə istəyi
- Subardinasiya qaydalarına riayət etmək bacarığı
- Pozitiv münasibət, məsuliyyətli və intizamlı yanaşma nümayiş etdirmək.
İş haqqında
- Əmək haqqı: 650 manat
- Rəsmi əmək müqaviləsi
- Nahar şirkət tərəfindən qarşılanır
- Peşəkar və mehriban kollektiv
İş şəraiti
- İş qrafiki: 6 iş günü;
- Müasir iş mühiti və peşəkar komanda ilə əməkdaşlıq.
- İş yeri: “Steelstone” mmc
- Ünvan Babək prospekti,Babək plaza ilə üzbəüz
- İş rejimi: Tam iş qrafiki
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Aşpaz köməkçisi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.