Vəzifə tələbləri:
- Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- MS Excel proqramını yüksək səviyyədə bilmək;
- Maliyyə hesabatları və məlumatların təhlili üzrə analitik düşünmə bacarığı;
- Böyük həcmli məlumatlarla işləmək bacarığı;
- Məsuliyyətlilik, dəqiqlik və operativlik;
- Komandada işləmək və effektiv ünsiyyət bacarığı.
İşin təsviri:
- AR Mərkəzi Bankına təqdim edilən hesabatların hazırlanmasında iştirak;
- Kredit portfeli üzrə məlumatların toplanması, təhlili və monitorinqi;
- Maliyyə göstəricilərinin və bazar məlumatlarının təhlili;
- Büdcələşdirmə və maliyyə planlaşdırılması prosesinə dəstək.
İş şəraiti:
- 5 günlük iş həftəsi
- Əmək haqqı 1300 AZN (Gross)
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına “Maliyyə üzrə kiçik mütəxəssis” başlığı ilə göndərə bilərlər.