Vəzifə öhdəlikləri:
- 1C proqramında ehtiyat hissələrinin satış və anbar məlumatlarının analizi
- Satış statistikası və məhsul dövriyyəsinin təhlili
- Anbar stoklarının, qalığın və çatışmazlıqların izlənməsi
- Satış və sifariş məlumatlarına əsasən tələbat proqnozlarının hazırlanması
- Müntəzəm analitik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
- Ən çox və ən az satılan ehtiyat hissələrinin müəyyən edilməsi
- Alış, satış və təmir şöbələri ilə koordinasiya və məlumat əsaslı qərarların verilməsinə dəstək
- Məlumat bazasının düzgünlüyünün yoxlanılması və optimallaşdırılması
- Excel vasitəsilə böyük məlumat cədvəllərinin analizi
Namizədə tələblər:
- 1C proqramında işləmə bacarığı
- Microsoft Excel proqramını yaxşı səviyyədə bilmək
- Analitik düşünmə qabiliyyəti
- Data analizi və hesabatların hazırlanması üzrə 3- 5 il təcrübə
- Komandada işləmə və məsuliyyətlilik
İş rejimi və əmək haqqı:
- Əmək haqqı – müsahibə əsasında təyin olunacaqdır
- İş qrafiki: həftə içi 5 gün
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Data Analitik” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.