Vəzifə öhdəlikləri:
- Şöbənin fəaliyyətini təşkil etmək, iş bölgüsü aparmaq və ümumi fəaliyyətə rəhbərlik etmək
- Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər sənədləri təsdiq etmək
- Rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, həmçinin normativ hüquqi aktların tələblərinin vaxtında və peşəkar şəkildə icrasını təmin etmək
- Avtomobillərin diaqnostikası, təmiri və texniki xidmət prosesinə ümumi nəzarət etmək
- Tamamlanmış təmir işlərinin effektivliyini və keyfiyyətini təmin etmək, təmir qrafikinin icrasına mane olan problemlərin aradan qaldırılmasını təşkil etmək
- Ehtiyat hissələrinin düzgün istifadəsinə və təmir prosesində ehtiyat hissələrinə olan tələbatın planlaşdırılmasına nəzarət etmək
- Təmir işlərinin vaxtında və keyfiyyətli yerinə yetirilməsini təmin etmək
- Tapşırıqların icrasının gedişi barədə rəhbərlik üçün mütəmadi məlumatların hazırlanmasını təmin etmək
- Müvafiq dövrlər üzrə şöbənin fəaliyyəti ilə bağlı hesabatların hazırlanmasına rəhbərlik etmək
- Tabeliyində olan əməkdaşların gündəlik işini planlaşdırmaq, onların fəaliyyətinə nəzarət etmək və iş intizamını təmin etmək
- İş yerində texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət olunmasına nəzarət etmək
- Təmir sahəsində iş proseslərinin optimallaşdırılması və səmərəliliyin artırılması üçün təkliflər vermək
Namizədə tələblər:
- Avtomobil təmiri və texniki xidmət sahəsində ən azı 3 il iş təcrübəsi
- Yük avtomobillərinin quruluşu və işləmə prinsipləri üzrə yaxşı biliklər
- Komanda idarəetmə və təşkilatçılıq bacarığı
- Analitik düşünmə və problemlərin operativ həlli bacarığı
- Məsuliyyətli, nizam-intizamlı və təşəbbüskar olmaq
İş rejimi və əmək haqqı:
- Əmək haqqı – müsahibə əsasında təyin olunacaqdır
- İş qrafiki: həftə içi 5 gün
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Təmir şöbəsinin müdiri” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.