Tələblər:
- Python proqramlaşdırma dilində minimum 2-3 il iş təcrübəsi;
- Django və FastAPI framework-lərində layihələrdə iş təcrübəsi;
- Restful API-lərin yaradılması və inteqrasiyası üzrə təcrübə;
- Verilənlər bazası ilə iş bacarığı (PostgreSQL, MySQL və ya MongoDB üstünlükdür);
- Version control sistemləri ilə iş təcrübəsi (Git);
- Docker və ya Kubernetes ilə iş təcrübəsi;
- Cloud platformalar (AWS, Azure və ya GCP) ilə iş təcrübəsi;
- Test-driven development (TDD) və CI/CD alətləri ilə tanışlıq;
- Asinxron proqramlaşdırma və WebSocket-lərlə tanışlıq;
- Kodun optimallaşdırılması və təhlükəsizlik prinsiplərinə riayət etmək bacarığı;
- Komanda ilə işləmə və problem həll etmə bacarıqları.
Vəzifələr:
- Backend sistemlərinin dizaynı, inkişafı və saxlanılması;
- Django və FastAPI istifadə edərək sürətli və etibarlı server tərəfi həllərin qurulması;
- Verilənlər bazası strukturlarının planlaşdırılması və optimallaşdırılması;
- Mövcud sistemlərə yeni funksionallıqların əlavə olunması;
- Texniki sənədlərin hazırlanması və dəstəklənməsi;
- İstifadəçi təcrübəsini yaxşılaşdırmaq üçün komanda ilə sıx əməkdaşlıq.
Nə təklif edirik:
Əmək haqqı müsahibə əsasında təyin olunacaq – sizin bacarıqlarınıza uyğun mükafatlandırılma!
İş rejimi: Bazar ertəsi – Cümə. Gündəlik hesabatlılıq və dinamik iş mühiti.
Əgər özünüzü bizim komandanın bir üzvü olaraq görürsünüzsə, CV-nizi qeyd edilmiş elektron poçt ünvanına göndərin və mövzu hissəsinə “Back-end developer” yazın.